AXTAR

Belarus Azərbaycanda aqrar-sənaye kompleksi tikəcək

 03ff6b8b2a63285b05a0411b43ce337a

Bu gün Belarus respublikası baş nazirinin müavinləri Mixail Rusıy və Vladimir Semaşko bu ölkədə işgüzar səfərdə olan  Gəncə  şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul ediblər.

APA-nın məlumatına görə, görüş zamanı Gəncə şəhərində aqrar-sənaye kompleksinin inşa olunması üçün birgə işçi qrupu yaradılıb.

Belarusda işgüzar səfərdə olan Gəncə şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyev, Milli Məclisin deputatları Xanlar Fətiyevi, Naqif Həmzəyev və Gəncə maşınqayırma zavodunun müdiri Kamran Nəzərov və  digər nümayəndə heyətini səmimi  qəbul edən Belarus respublikası baş nazirinin müavini Mixail Rusıy ölkələrimiz arasındakı iqtisadi, mədəni ,elmi texniki əlaqələrin inkişaf tempindən söz açıb. Azərbaycanla Belarus arasında, maşınqayırma, kənd təsərrüfatı texnikası və digər  iqtisadi əməkdaşlığın inkişafında Gəncə şəhərinin müstəsna rol oynadığını bildirən baş nazirin müavini,  ikitərəfli regional ticari əlaqələrin  daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

İsti və səmimi qəbula görə Belarus hökumətinə minnətdarlığını bildirən Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev, prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bir çox sahələrlə yanaşı, kənd təsərrüfatı sahəsində həyata keçirilən qlobal islahatlardan danışıb. O, Belarusda maşınqayırma, ağır, yüngül və aqro sənaye komplekslərinin böyük inkişaf yolu keçdiyini vurğulayaraq, bu istiqamətdə Gəncə Avtomobil zavodu ilə Belarus Traktor zavodunun birgə istehsal etdikləri  kənd təsərrüfatı texnikalarının uğurlu nəticələr verdiyini bildirib. Gələcəkdə bu bazada birgə kombayn və avtobuslarında istehsal olunacağını  bildirib. Belarusun ət və süd məhsulları kombinatları ilə yaxından tanış olduqlarını diqqətə çatdıran Elmar Vəliyev Gəncə şəhərində belaruslu mütəxəssislərin layihəsinə əsasən bu tipli aqrar-sənaye kompleksinin inşa edilməsinin nəzərdə tutulduğunu vurğulayıb.

Azərbaycanla istənilən işbirliyinə hazır olduqlarını diqqətə çatdıran baş nazirin müavini Mixail Rusıy Gəncə şəhərində modern aqrar-sənaye kompleksinin tikintisinə belaruslu mütəxəssislər tərəfindən istənilən elmi və texniki yardımın  göstəriləcəyini vurğulayıb.

Sonra nümayəndə heyəti Belarusun baş nazirinin müavini Vladimir Semaşko ilə görüşüblər. Belarusun kənd təsərrüfatı nazirliyinin, aqrar-sənaye elmi mərkəzinin, aqrotexnika üzrə  mütəxəssislərinin iştirak etdiyi görüşdə Gəncə şəhərində inşa olunacaq aqrar-sənaye kompleksinin layihələşdirilməsi məsələsi geniş müzakirə edilib. Bununla bağlı mütəxəssislərdən ibarət işçi qrupu yaradılıb. Baş nazirin müavini Vladimir Semaşko yaxın gələcəkdə kompleksin tikintisi ilə bağlı Belarus kənd təsərrüfatı nazirinin müavini başda olmaqla, yüksək mütəxəssislərdən ibarət nümayəndə heyətinin Gəncə şəhərinə səfər edəcəyini bildirib.

Gəncə İcra hakimiyyətinin başçısı Elmar Vəliyev Belarusda istehsal olunan yüksək keyfiyyətli ət və süd məhsullarının  ölkəmizə, Azərbaycanın meyvə, tərəvəz və digər kənd təsərrüfatı məhsullarının isə Belarus bazarlarına gətirilməsinin vacibliyini bildirib. Milli Məclisin deputatları Xanlar Fətiyev və Naqif Həmzəyev isə ölkələrimiz arasında bir çox sahələrlə yanaşı parlamentlərarası əməkdaşlıqdan bəhs ediblər. Azərbaycan nümayəndə heyəti Belarusun bir sıra müasir maldarlıq, heyvandarlıq və aqrosənaye kompleksləri ilə tanış olub.

 

Oxşar məqalələr