AXTAR

“Hraparak”: “Makunts Paşinyana ABŞ-dan məxfi mesajlar gətirib”

makunsxeber

“Ermənistanın ABŞ-dakı səfiri Lilit Makuntsu avqustun əvvəlində İrəvandakı kafelərin birində görüblər. Ermənistan Xarici İşlər Nazirliyi bu məlumatı xeyli sonra təsdiqləyib”.

Musavat.com xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti məlumat yayıb.

“Əldə etdiyimiz məlumata görə, Nikol Paşinyanın komandasının üzvü olan səfirin gəlişinin səbəbi əslində məzuniyyət olmayıb. Lilit Makunts Paşinyanla üzbəüz görüşərək ona ABŞ hakimiyyət orqanlarından bəzi mühüm mesajları ötürüb. Məlumatlar o dərəcədə məxfi olub ki, səfir şəxsən özü İrəvana gəlib və informasiyaları baş nazirə çatdırıb. Mənbələrimizin bildirdiyinə görə, Lilit Makunts Ermənistana gələnə qədər ABŞ rəsmilərinin müxtəlif nümayəndələri ilə kifayət qədər yüksək səviyyədə şübhəli görüşlər keçirib və bu görüşlər səfirliyin səhifəsində işıqlandırılmayıb”, - deyə xəbərdə bildirilir.

Rəsmi saytda Lilit Makuntsun amerikalı diplomat, səfir Maykl Qfollerin “Arxeologiyanın yeni qızıl dövrü: Ermənistanda son kəşflər” kitabının təqdimatında iştirakı işıqlandırılıb.

Oxşar məqalələr