AXTAR

Avropa Birliyi ilə fəal əməkdaşlığımız var

ilham mushavire2

15 iyul tarixində Prezident İlham Əliyevin iştirak etdiyi müşavirə keçirildi.Müşavirədə İ.Əliyev öz nitqi ilə diqqət çəkdi.Ümumilikdə müşavirə son 6 ayın yekunlarına həsr olunmuşdu və qarşida olan məqsədlərimiz də müzakirə olundu.Ümumiyyətlə Azərbaycanın son 6 ayda həm daxili siyasəti həm də xarici siyaseti uğurlu inkişaf etməkdə idi.Azərbaycan 2022-ci ilin ilk aylarından bir sıra uğurlu layihələrə imza atmışdı.İlham Əliyev də nitqində bunlara geniş yer verdi.
Nəticələr arasında, əlbəttə ki, Qoşulmama Hərəkatındakı uğurlu sədrliyimizi qeyd etmək lazımdır. Bizim sədrliyimiz bildiyiniz kimi, 2023-cü ilə qədər yekdil fikirlə bir il uzadılıb. Bu, onu göstərir ki, ölkəmiz 120 ölkə arasında çox böyük nüfuz qazanmışdır və bizə olan inam bu illər ərzində daha da artmışdır. Biz də məsuliyyətli ölkə olaraq və Qoşulmama Hərəkatının fəal sədri olaraq bu təsisatın institusional inkişafına da böyük töhfə vermişik. Önəmli addımlardan biri bu il Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısı idi və Parlament Şəbəkəsinin yaradılması idi. Bakıda keçirilmiş bu önəmli tədbir bir daha göstərdi ki, bu Hərəkatın çox böyük potensialı var, həmrəyliyi dərinləşdirmək, əməkdaşlığı genişləndirmək və qarşılıqlı beynəlxalq dəstək üçün bu, çox önəmli platformadır.
beynəlxalq təşkilatlarla da fəal əməkdaşlıq aparılmışdır. Bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi Azərbaycana səfər etmişdir. Biz bu təşkilatla çox fəal əməkdaşlıq edirik. Əslində, biz bu təşkilatın çox fəal üzvüyük və bizim təşəbbüsümüzlə Azərbaycanda bir çox tədbirlər keçirilmişdir. Bu dəfə isə yeni seçilmiş Baş katib, eyni zamanda, azad edilmiş torpaqlara səfər edib - Füzuliyə, Şuşaya. Əlbəttə ki, biz görüş zamanı Ermənistanın Azərbaycana qarşı, bizim mədəni irsimizə qarşı törətdiyi vandalizm haqqında danışmışıq. Bu gün azad edilmiş torpaqlara səfər edən hər bir insan, - istər Azərbaycan vətəndaşı olsun, istər xarici vətəndaş olsun, - erməni vəhşiliyinin təzahürlərini öz gözü ilə görür. Biz İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində öz fəaliyyətimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Bu il Avropa İttifaqı ilə fəal əməkdaşlıq aparılmışdır. Bildiyiniz kimi, biz yeni saziş üzərində işləyirik. Sazişin böyük hissəsi razılaşdırılıb və razılaşdırılmamış məsələlər də müzakirə olunur. Ümid edirəm ki, yaxın gələcəkdə bütün məsələlər razılaşdırılacaq. Avropa İttifaqı Şurasının Prezidenti ilə mənim bir neçə görüşüm olub, həm də telefon danışıqlarımız olub və əlbəttə ki, əsas mövzu Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasıdır. Ancaq, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı geniş müzakirələr aparılır. Yaxın günlərdə Avropa İttifaqı ilə Azərbaycan arasında önəmli sənəd - enerji təhlükəsizliyi ilə bağlı sənəd imzalanacaq və bizim əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldıracaqdır.
Hemçinin bu il işğaldan azad edilmiş rayonlarda da bir sıra işlər aparıldı.Yeni yollar salındı.”Ağıllı kənd”layihəsi uğurlu layihələrimizdən biri oldu.
Həmçinin Silahlı Qüvvələr günündə İlham Əliyevin Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağı verildi və bu münasibətlə təbtənəli mərasim keçirildi.
İnanırıq ki, Prezidentimizin uzaqgörən və ağıllı siasəti nəticəsində 2022-ci ilin sonunda daha böyük uğurlara imza atarıq.

Elanora Babayeva,

Masallı şəhər 2 nömrəli orta məktəbin tarix müəllimi

Oxşar məqalələr