AXTAR

İR Emmanuel Macron-un kampaniyasını maliyyələşdirmək üçün 5 milyon avro axtarır

fransa 2022 seckisi
Fransanın hazırkı dövlət başçısı Emmanuel Makron gələn ilki prezident seçkilərində namizədliyini indiyə qədər bəyan etməsə də, onun partiyası artıq ianə “ovuna” çıxıb. İR həm kiçik töhfə verənləri, həm də böyük patronları hədəfə alıb. Real vəziyyət belədir ki, sonuncular 2017-ci ilə nisbətən indi daha istəksizdirlər.
Bu məsələ barədə yazan “Le mond”un jurnalistləri Olivier Faye və Elza Koneza qeyd edirlər ki, Emmanuel Macronun kampaniyası üçün traktat: "Daha beş il ianələriniz sayəsində" traktatı irəli sürülüb.
Partiyanın öz himayədarları üçün çap etdiyi vərəqədə yazılıb: “Siz 2017-ci ildə 100.000 donor idiniz, 2022-ci il üçün də biz sizə güvənirik! Düşünməyin ki, dövlət başçısı hələ də özünü təkrar seçkiyə namizəd elan etməyib. Kampaniya improvizə edilə bilməz”.
Fransada seçki kampaniyası üçün qanunla 22,5 milyon dollar xərcləməyə icazə verilir. Prezident partiyası bu məbləğin 10 milyonunu bank kreditlərindən, siyasi partiya olaraq dövlət maliyyəsindən alacaq. Yerdə qalan 5 milyonu isə donorların “qulağını kəsməklə” yığmaq fikrindədir.
İR-nın ianələr yığan assosiasiyasının xəzinədarı, Val-de-Marne departamentindən millət vəkili Loğan San-Martən bildirib: “Biz heç vaxt üzvlük üçün ödəniş etməmişik, buna görə vəsait yığımı vacibdir”.
Aydın görünür ki, məsələ göründüyündən daha çox siyasidir. Simvolik ianə verənlər də daxil olmaqla, çoxlu sayda ianə toplamaq, böyük donorları, səxavətli milyonçuları və milyarderləri cəlb etməklə namizədin xeyrinə təbliğata dinamika ğətərə bilər.
P.S. Heç şübhəsiz bu cür nikbin əhval-ruhiyyə partiya funksionerlərinə məxsusdur. Belə ki, E.Makronun prezidentliyi dövründə Fransada olduqca cidi aksiyalar, etiraz nümayişləri keçirilib. Bu isə seçicilərin əhval-ruhiyyəsidir və son nəticədə onların sözü əsas ola bilər.
İKSmedia.az

Oxşar məqalələr