Bu günlərdə işğaldan əvvəl Ağdamda yaşayan, yaxud Ağdamda doğulub başqa məkanda məcburi köçkün statusu ilə böyüyən bir qrup sakin doğmaq şəhərə səfər erdi. Cəmi bir gün çəkən səfər böyük və daimi olan gözəl təəssüratlar doğurdu. Həyəcan, sevinc, keçmiş xatirələrin ifadəsi yol boyu, xüsusilə də şəhərin ərazisində coşub daşırdı. Səfərdaşlar bəlkə də həyatlarının ən unudulmaz hadisəsini yaşayırdılar. İlk olaraq insanlar evlərini və əzizlərinin qəbirlərini axtarırdılar. Bir-birinə qarışan səfər sevinci ilə xatirə kədəri bəzi sakinlərdə göz yaşlarına çevrildi. Lakin, ümumilikdə, vəziyyətə paradoksal ruh yüksəkliyi hyakim idi. Çünki, bugünkü Ağdamın xarabalıqları bizim üçün tarixi və mədəni irs nümunəsi idi. Qeyd etmək vacibdir ki, səfər "Bir könüllü" ictimai təşkilatı və Azərbaycan Prezidentinin Ağdam Rayonu üzrə Nümayəndəliyinin birgə təşkilatçılığı ilə təşkil olunmuşdu. Buna görə, təşkilatçılara "bir könüldən min könülə" möhtəşəm təşəkkür düşür.
Yeri gəlmişkən, bir məsələni də xatırlamaq, məncə, vacibdir. Bir neçə gün əvvəl sosial şəbəkələrdə Prezidentin Ağdam rayonu üzrə nümayəndəliyinin ünvanına böhtan xarakterli informasiya yayılmışdı. Guya, Ağdama gələn ziyarətçilərdən 35 manat "torpaqbasdı" alınır, Nümayəndəlik Şahbulaq qalasında restoran açıb, kababın şişini 7 manata, dönəri 5 manata satır və sairə. Qeyd edilən səfərdə "iksmedia.az" saytının əməkdaşı da iştirak edib və faktları yerində yoxlayıb. Məlum olub ki, deyilənlər böhtandan başqa bir şey deyil və hazırda işğaldan azad edilmiş ərazidə görülən işlərin xarakterinə kölgə salmaq məqsədilə yayılır. Amma, bunu yayanlar korazehin olduqlarından anlaya bilmirlər ki, dünya imperializminə arxalanan düşməni yenən xalqa və onun dövlətinə bu yolla zərbə vurmaq mümkün deyil. "Gedin, adamınızı tapın, "cənab" böhtançılar!".
Bu şəkildəki böhtançıların restoran adlandırdıqları "vaqon-bufet"dir. Şahbulağa gələn hər bir səyahətçiyə dönər, bir şiş kabab, ətli və ya göyərtili qutab pulsuz verilir. Üstündə də hərəsindən bir ədəd meyvə şirəsi və çay.
Səfərdən foto-sessiyanı təqdim edirik:
İmarət
Uçurulmuş qəbir daşı
Milli Qəhrəman Allahverdi Bağırovun qəbri. Allah şəhidlərimizə rəhmət eləsin!
Şahbulaq qalası
Şahbulaqda Qala meydanı
Şahbulaq çeşməsi