Rusiyada ermənilərin məskunlaşdığı ərazilərdən danışarkən ilk yada düşən, adətən, Kuban və Krasnodar vilayətlərinin, Şimali Qafqazın adı çəkilir. Amma əslində ucsuz-bucaqsız Rusiyanın elə bir şəhəri, kəndi, qəsəbəsi yoxdur ki, ermənilər orada at oynatmasınlar. Çünki, rüşvətxor rus məmurlarını ələ almaq yaltaq ermənilərin əlində su içmək qədər asandır.
Bu dəfə rus mətbuatı Obninsk şəhərindəki erməni diasporunun !möhtəşəm” tədbirindən yazıb. Yanvarın 9-da Obninsk şəhərində “taleyə məğlub olmayan Ermənistan” iddialı adı altında ədəbi-musiqili tamaşa keçirilib. Obninskdə bu yaxınlarda açılan teatr studiyasının ilk layihəsi kimi məhz erməni tamaşasının seçilməsi diqqəti çəkib. “Obninsk.name” portalının verdiyi məlumata görə, studiya, Ermənistan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin himayəsi altında “Araks” mədəni-maarif mərkəzinin bazasında yaradılıb. Yəni, erməni diasporunun, müəyyən bir ənənəyə görə, Rusiyada yalnız paytaxtın KİV və mədəniyyət mərkəzlərini deyil, həm də regional mərkəzləri öz nəzarəti altına aldığı meydana çıxıb.
Rusiya və Ermənistan KİV-lərinin verdiyi məlumata görə, Rusiyanın Obninsk şəhərində keçirilən bu teatr tamaşası "Artsaxdakı hərbi hadisələrə həsr olunub və tamaşaya hazırlıq bölgədə baş verən hərbi əməliyyatlara paralel olaraq həyata keçirilib. Tamaşada Vətənə məhəbbətlərini bildirən müxtəlif yaşda uşaqlar iştirak ediblər”. Yəni, Rusiyada rusların yox, erməni “vətənpərvərliyi” şərəfləndirilir və yalnız erməni uşaqları yox, həm də rus uşaqlar - “yumşaq güc” uşaqlıqdan erməni təsirinin altına salınır. Ruslar özlərinə sual verirlər: nə üçün rus uşaqlar erməni vətənpərvərliyi ruhunda tərbiyə olunurlar?! Nə üçün rusların uşaqları erməni millətçiliyinin dərdini yaşamalı və müdafiə etməlidirlər, nə üçün artıq Ermənistanın özündə belə imtina olunan ermənilərin süparatist “arsax” layihəsini təbliğ etməlidirlər?
Rusiyada “elm şəhəri” kimi məşhur ad qazanan Obninskdəki erməni diasporu yaxşı qurulub. Məsələn, 26 may 2020-ci ildə Kaluqa vilayətinin Obninsk şəhərində, yerli “Mədəni İrs” ictimai birliyi tərəfindən mədəniyyət mərkəzi kimi yaradılan “Erməni Evi”nin təntənəli açılışı olub. Mərkəzin açılış mərasimində kimlər iştirak etməyib?! Obninsk bələdiyyə başçısı I.M. Mironov və Erməni Apostol Kilsəsinin Novo-Naxçıvan və Rus Eparxiyası başçısının nümayəndəsi, arximandrit Yezras - Ata Markos (ruslar təəccüblənirlər ki, artıq Rusiyada belə erməni din xadimləri də var!), “Rusiya Ermənilər Birliyi”ndən nümayəndə heyəti, media rəhbərləri, Rusiya və Ermənistan ictimaiyyətinin çoxsaylı nümayəndələri, “Noyev Kovçeq” qəzetinin baş redaktoru G.Anisonyan, Moskva Erməni İncəsənət Klubunun prezidenti R.Babloyan, “Qorsarar” jurnalının redaktoru Baqram Bekçyan və başqaları.
Sati Sahakyansın əri Vladimir Spivakov da tez-tez Obninskdəki erməni mədəni layihələrini ziyarət edir və dəstəkləyir. Ermənistanın Baş Naziri Aparatının Diasporla İşlər üzrə Baş Komissarı Zare Sinanyan da Obninskə ziyarətə gəlib və yerli erməni diasporunun işlərinə xüsusi diqqət yetirib.
Erməni “mədəni irsi” Rusiyada belə kök salır. İndiyə qədər yalnız bir mədəni “miras” adı ilə fəaliyyət göstərən ermənilərin zamanı yetişəndə siyasi fenomenə çevrilməsi tamamilə gözləniləndir. Bu proqnoz isə yalnız rus ictimaiyyətini narahat edir. Məmurlar və siyasilər isə milli maraqların ermənilərə qurban verilməsinə rüşvət və geostrateji maraqlar müqabilində göz yumurlar.
N.NOVRUZ