Qeyri-neft sektorunun daha bir sahəsi özünün yeni inkişaf mərhələsinə başlayır
Bir vaxtlar Azərbaycanda istehsal edilən yun Gürcüstanın Şulaver və Ukraynanın Xarkov şəhərlərindəki fabriklərə göndərilirdi. O dövrdə kolxoz və sovxozlar fəaliyyət göstərdiyindən təşkilatı cəhətdən işi daha asan görmək olurdu. Lakin stimullaşdırma bir əldə cəmləşdiyindən zəif idi və bu səbəbdən məhsuldarlıq da aşağı idi. Sistem dağılandan sonra əlaqələr də itdi və daha həmin fabriklər bizdən mal almır.
Müstəqillikdən sonra yun tədarükü şəxsi təsərrüfatların öhdəsinə düşüb. Bazar iqtisadiyyatı fərdi qaydada alıcı və satıcı tapmağı şərtləndirib. Bu qaydanın təbii formalaşması üçün müəyyən vaxt tələb olunurdu. Индики дурумда щökumətin qeyri-neft sektorunu inkişaf etdirmək əzmi artıq indiyədək olan çətinliklərin aradan qaldırılmasına təkan verib. Lakin problemləri bir cəhdlə çözmək mümkün olan iş deyil. Məsələn, yun istehsalında olduğu kimi.
Dövlət Statistika Комитясинин мялуматына görə, Azərbaycanda keçən il 16,6 min ton yun istehsal edilib. Nəzərə alsaq ki, indi ölkədə 8 milyonдан артыг qoyun var, bu rəqəmin reallığı şübhə doğurmaz. Lakin bu qədər yunun alınıb emal olunması və rənglənməsi problemi də var. Bu gün Azərbaycanın toxuculuq sənayesi əyrilmiş və rənglənmiş ipliyi daha baha qiymətə xaricdən almağa üstünlük verir. Çünki, respublikanın özündə bu tip müəssisələr yoxdur. Köhnə əyyamların böyük istehsal gücünə malik müəssisələri fəaliyyətini çoxdan dayandırıb. Hətta 90-cı illərdə açılmış Zabrat boyama fabriki də işləmir. Bu səbəbdən qoyunçulula məşğul olan fermerlər yun satışı üçün müştəri tapa bilmirlər.
Lakin vəziyyət heç də acınacaqlı deyil. Qeyri-neft sektoruna hökumətin göstərdiyi qayğı tezliklə bəhrəsini verəcək. Belə ki, dövlətin dəstəyi ilə bölgələrdə yaradılan sənaye parklarında müvafiq istiqamətdə bir sıra müəssisələrin yaradılması nəzərdə tutulub. Proqramda Mingəçevirin sənaye parkında akril iplik və yun iplik fabrikləri tikilir. Akril İplik Fabrikinin ilkin mərhələdə istehsal gücü 3 min ton olacaq və bu fabrik fəaliyyətə başladıqdan sonra akril iplik üzrə idxaldan asılılıq tam aradan qaldırılacaq. Fabrikin Avropanın qabaqcıl texnologiyaları - Fransanın NSC Schlumberger, Almaniyanın Zinser, İtaliyanın Savio şirkətlərinin ən müasir avadanlığı ilə təchiz olunması nəzərdə tutulub Yun İplik Fabrikinin də illik istehsal gücü 3 min ton nəzərdə tutulub. Yunun ilkin emalı Azərbaycanın Aran bölgəsində, emal olunmuş yundan iplik istehsalı isə Mingəçevir Sənaye Parkının Yun İpik Fabrikində həyata keçiriləcək. Akril və yun iplik fabriklərində 800-dən çox iş yerinin açılması nəzərdə tutulur. Həmin fabriklərlə yanaşı parkda Corab Məhsulları Fabriki inşa edilir və işə düşdüyü ilkin mərhələdə Azərbaycanın corab məhsullarına olan tələbatın 50 faizini bu fabrik təmin edəcək. Burada quraşdırılacaq Avropanın ən qabaqcıl texnologiyaları ilə işləyən 533 toxuma dəzgahında il ərzində 35 milyon cüt corab istehsal olunacaq. Növbəti mərhələdə dəzgahların sayı ikiqat artırılaraq minə çatdırılmaqla illik 70 milyon cüt corab istehsal olunacaq. Bu sahə üzrə idxaldan asılılıq tam aradan qaldırılacaq, Corab Məhsulları Fabrikində 650 yeni iş yeri açılacaq.
Trikotaj sənayesində xammaldan başlamış son məhsula qədər istehsal halqasını yaratmaq üçün sənaye parkında tikilən boyaq fabriki ilə işlər yekunlaşacaq. İstehsalın innovativ layihələr əsasında qurulması onun ixracyönümlü olmasını təmin edəcək. Azərbaycan bu sahədə idxalçıdan ixracatçıya çevriləcək. Bu işdə qardaş Türkiyənin təcrübəsindən yararlanmaq yerinə düşər. Məsələn, ötən əsrin 80-ci ilindən toxuculuq sənayesinə diqqəti artırqn Türkiyə dövləti həmin il ABŞ-a 25 milyon dollar dəyərində mal göndərmişdi. Məqsədyönlü iş sayəsində bu rəqəm 5 il ərzində artaraq illik 125 milyon dollar səviyyəsinə çatımışdı. Türk toxucular artıq Amerika bazarını ələ almışdılar. Bundan əndişələnən Amerika Ticarət Palatası öz istehsalçılarını qorumaq məqsədilə türk mallarına illik 125 milyon dollar kvota tətbiq etməyə məcbur olmuşdu. Ümidvarıq ki, Azərbaycan yun istehsalçıları və toxucuları ən yaxın gələcəkdə belə nümunələrlə yadda qalacaqlar.
IKSmedia.az