AXTAR

Mən dedim, hamı bildi, Dələ də tülkü imiş...

(Təmsil)

 

dələ və tülkü 2

 

Mən dedim, hamı bildi, Dələ də tülkü imiş..

Bəlkə də Tülkülərin əzəli, ilki imiş..

...Dələ, Dələ, ay Dələ, bir az vaxtın var hələ...

Bəlkə sən tülkülükdən, əl çəkəsən, gedəsən...

Dələ dedi :

- Onda sən,

əl çəksəm tülkülükdən,

mənə nə verəcəksən?

***

Mən gördüm yanılmışam, Dələ tülkü deyilmiş.

Sən demə, tülküləşib, Tülküləri yeyirmiş...

 

Nazim NƏSRƏDDİNOV

Bakı

Oxşar məqalələr