AXTAR

Qafqazın 1800-cü il xəritəsi: Ermənistan hanı? – Foto

karta 19 vek

 

Sosial şəbəkə istifadəçilərdə 1800-cü ilin hərbi xəritəsinin araşdırılması istəyi ilə müraciət edib.
Təqdim olunan xəritə Çar Rusiyasında nəşr olunub. Xəritəni tarixçi Zaur Mehdiyev analiz edib.
Onun sözlərinə görə, sözügedən xəritənin informativ məzmununu təhlil edərkən ilk növbədə onun dil xüsusiyyətlərinə diqqət yetirmək lazımdır –hələ də Azərbaycan dilində ilkin variantında istifadə edilən mövcud adlar rus transkripsiyasında təqdim olunur.
“Qarabağ və İrəvan xanlıqları – bu feodal dövlətləri xəritədə Azərbaycan xalqının sülh və ya hərb yolu ilə Rusiya İmperiyasının tərkibinə daxil edilmiş dövlət quruluşları kimi göstərilir.
Xəritədən göründütü kimi, Cənubi Qafqazın sərhədləri daxilində Azərbaycan və gürcü dövlətlərindən başqa heç bir digər dövlətin əlaməti yoxdur”, - ekspert bildirib.
Mehdiyev bu xəritənin göstərilən xronoloji intervalda obyektiv tarixi həqiqəti əks etdirdiyini bildirib.
Qeyd edək ki, Gəncə, Qarabağ, Quba, Şirvan, Muğan, Bakı və Talış xanlıqlarının əraziləri xəritədə məhz Azərbaycan dövlət quruluşlarının ərazisi kimi göstərilib.

Oxşar məqalələr