UEFA-nın liqası və çempionatı üzrə final oyunlarına iki fərqli yanaşmadan fraqmentlər
Futbol ayaq açıb bütün dünyada yeriyir. Milyardların sevimli tamaşası, uşaqlı-böyüklü milyonların sevimli idman növü yaxud əyləncəsi olan bu yarışlar öz sevinci və kədəri ilə insanların həyatını bəzəyir. Belə bir qarşısıalınmaz həqiqətdə pay sahibi olmaq böyük arzu və şərəfdir. Bizim paytaxtımız da öz gücü və əzəməti ilə bu şərəfə nail oldu. UEFA-nın Avropa liqasının final oyununu cəsarət və lıəyaqətlə keçirib dünya idmanının tarixinə, özünün isə idman salnaməsinə silinməz iz saldı.
Həyat mübarizədir aksioması nə qədər möhtəşəm səslənsə də, bu, siyasətdə riyakarlıq, idmanda isə gözəllikdir. Lakin siyasətbazlar və ya həyatı cinayətsiz yaşaya bilməyənlər bəzən idmandan da sui-istifadə etməyə can atırlar. Avropa liqasının Bakı finalına qarşı işğalçı Ermənistanın xaricdəki erməni qəyyumlarının təhriki ilə “Arsenal”ın üzvü Henrix Mxitaryanın şəxsi təhlükəsizliyindən qorxaraq Azərbaycana gəlməkdən imtina etməsi belə sui-istifadə halına ən “yaxşı” nümunədir. Henrixin qorxalığını başa düşmək olar, ona görə ki, ermənilər, ümumiyyətlə, təbiətcə qorxaqdırlar. Amma onun təhlükəsizliyinə beynəlxalq və yerli səviyyədə hər cür zəmanət verilməsinə baxmayaraq Bakıya gəlməməsi artıq bu işin siyasi məqsəd daşıdığını ortaya çıxarıb. Bunları qoyaq bir yana. Artıq final baş tutub və ermənilər qarışıq bir çox ekspertlər bu böhtanı istehza ilə pisləyib.
Ancaq bir məsələ var ki, Bakıda liqa finalı nə qədər əmin-amanlıq və yüksək təşkilatçılıq şəraitində keçibsə, bundan üç gün sonra Avropa İttifaqının üzvü, Avropa dəyərlərinin daşıyıcısı, “demokratik və sabit” Avropanın ayrılmaz üzvü olan İspaniyanın paytaxtı Madriddə keçirilmiş UEFA Avropa çempionatının finalı bir o qədər qalmaqallı və təşkilarçılıq sarıdan qüsurlu olub. Bakıdakı hazırlıq və təşkilati işdən vəcdə gələn on minlərlə ingilis futbol fanatı adından ingiltərəli ekspert Brayan Uirli oyundan sonra heyrətlə bildirib ki, İngiltərədən xeyli məsafədə yerləşən Bakıda təşkil olunan bu möhtəşəm final oyununu izləmək və burada olmaqdan məmnundur: “Çelsi”-“Arsenal” matçı yüksək səviyyədə təşkil olunmuşdu. Şəhər çox təmiz, təhlükəsiz, stadiona gediş rahat idi. Üç gün sonra Madriddə təşkil olunmuş UEFA Çempionlar Liqasının “Liverpul” və “Tottenhem” klubları arasında görüş isə mənim üçün əsl cəhənnəm oldu. Çempionlar Liqası tarixində ən pis təşkil olunmuş matç idi”.
İngilis fanatlar plvədən içib dava salmaqları, bir-birlərini doyunca əzişdirməkləri ilə bütün dünyada “məşhurdurlar”. Madriddə də bu hal yaşanıb, polis 30 nəfəri döyüb və polisə aparıb. Bəs, görəsən, Bakıda niyə ingilislər özlərini mədəni aparıblar?! Yox, insident olub, guya “Arsenal”a azarkeşlik edən kimlərsə təxribata əl atıblar, amma polis bu təxribata düşüncəli yanaşıb və sakitliyin pozulmasına mədəni davranmaqla imkan verməyib. Şəhərin mərkəzində bir ingilisin digərinə atdığı yumruğa görə də “antidemokratik” Azərbaycan polisi hücuma keçib günahkarı əzişdirmək əvəzinə təmkin və mədəni tərzdə asayişin qorunması barədə izahat verib və bundan heyrətlənən ingilis davakarlar dinc oturmağa mədbur olublar. Ancaq “demokratik” Madriddə londinlu azarkeşlər heç nədən polisin hücumuna məruz qaldıqlarından o ki var gileyləniblər.
Hələ Madrid finalı ilə bağlı azarkeşlərin biletləri “qara bazar”dan dəyərindən dəfələrlə yüksək qiymətə almağa məcbur olmaları lap biabırçılıqdır. “Euronews”un xəbərində bildirilib ki, UEFA bir qrup şəxsin Çempionlar Liqasının final qarşılaşmasına bilet oğurlayaraq “qara bazar”da baha qiymətə satmaları barədə xəbərdarlıq edib. Hətta dövriyyədə saxta biletlər də olub. Polisin məlumatında bildirilir ki, iki saxta bilet azarkeşlərə 8400 avroya satılıb.
Təşkilatçılıq isə... Madriddə ingilis azarkeşlərin ciddi etirazlarına səbəb olan başlıca məsələlərdən biri də nəqliyyat problemi və şəhərin küçələrində böyük tıxaclar olub. “Irish Mirror” qəzeti yazıb ki, “Liverpul” klubunun sahibi Con Henri, klubun əfsanələri Kenni Dalqliş və Yan Raş dəhşətli tıxacla əlaqədar avtomobillərini tərk edərək stadiona piyada getməli olublar. Stadiona gedən yollardakı dəhşətli tıxaca görə əsas avtomagistrallarda hərəkət dayanıb. Bəzi azarkeşlər isə biletlərinin olmasına baxmayaraq, stadiona buraxılmayıblar. Polis onlara qarşı zor tətbiq edərək geri qaytarıb. "RİA Novosti" agentliyi final keçirilən günlərdə hotellərdə qiymətlərin üç dəfə bahalaşdığını, "TalkSport" nəşri isə bəzi azarkeşlərin gecikmələrə görə aeroportda saatlarla gözləməli olduğunu önə çəkib. İspaniyanın nüfuzlu “El Mundo“ qəzeti yazır ki, qeyri-etik hərəkətlər edən və italyan turisti yaralayan ingiliz azarkeş saxlanılarkən, 3 polis əməkdaşına xəsarət yetirib. Məqalədə deyilir ki, polis hadisə yerinə mümkün iğtişaşların qarşısını almaq və saxta bilet satışına imkan verməmək üçün gətirilmişdi. Çünki Madridin küçələri oyuna gələn minlərlə biletsiz azarkeşlə dolu олуб. Bir müddət əvvəl şəhərdə saxta bilet satmaq istəyən bir qrup italyan həbs olunub.“Radio Galler”in aparıcısı Vinn Evansın başına isə daha dəhşətli hadisə gəlib. O, Çempionlar Liqasının finalına bilet almaq üçün pul ödəsə də, aldanıb. BBC yazır ki, aparıcı iki biletə 7 min funt sterlinq ödəyib. Aparıcı bu barədə belə deyib: “Biletləri onlayn qaydada aldıq, pulunu ödədik. Lakin daha sonra artıq biletlərin mövcud olmadığını dedilər. On dörd yaşlı oğlum çaşqınlıq içində idi. Mən pulu ödədikdən sonra agentlik sifarişi yerinə yetirə bilmədiklərini söylədi. Onlar mənim aldığım bileti daha baha qiymətə satmaq imkanı yarandığı üçün başqasına satdılar”. O, sonra daha çox pul ödəyərək iki bilet aldığını və əvvəl ödədiyi pulu geri ala bilməyəcəyindən narahat olduğunu bildirib.
UEFA prezidenti Aleksander Çeferin Avropa Liqasının final oyununun Bakıda keçirilməsinə və Azərbaycanın hazırlığına yüksək qiymət verib: “Avropa Liqasının final matçını Bakıda keçirməyin səhv qərar olduğunu düşünmürəm. Futbol özü inkişafdır. Biz futbolu təkcə böyük ölkələrdə deyil, hər yerdə inkişaf etdirmək istəyirik. İnsanlar matçdan sonra stadionun tam dolmadığını deyirdilər. Bəli, final matçında stadion tam dolmamışdı. Oyuna ümumlikdə 51 min 370 nəfər gəlmişdi”.
Bakı belə böyük futbol finalını ilk dəfə keçirməyinə baxmayaraq stadiona gələn azarkeş sayına görə turnirin tarixində 3 göstəriciyə nail olub. Tam haqlı olaraq bunu tarixi nailiyyət adlandırmaq olar. Bu faktlardan çıxış edərək, idmanın və siyasətin hər ayrılıqda olmaqla Avropa qurumlarının Azərbaycan dəyərlərini öyrənmələri üçün bu yarışlar bir nümunə rolu oynamalıdır. Axı, iqtisadi inkişaf o demək deyil ki, daim məsləhət verəsən. Bu, həm də daim öyrənməyi də tələb edir. Necə ki, Azərbaycan sürətli inkişafı fonunda daim öyrənməyə meyillidir. Həm də daim öyrənən eyni zamanda daim öyrətməyə də qabil olur. Yenə Azərbaycanı misal çəksək, yerinə düşər.
N.NOVRUZ