AXTAR

“Yeni bir müharibəyə şahid olmaq istəmirik”

“Bölgəmizin yeni bir müharibəyə şahid olmasını qəti şəkildə istəmirik”.

“İksmedia” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının “Şarkul Avsat” qəzetinə müsahibəsində bildirib.

“Təcrübə göstərir ki, bölgənin dəyərlərini, kimliyini, keçmişini və gələcəyini dərk edə bilməyən ssenarilər bölgəyə daha çox ağrı və faciə gətirəcək, təhlükəsizlik və sülhü təmin etməyəcək”, - Ərdoğan mümkün ABŞ-İran müharibəsinin qarşısının alınması ehtimalı və bu məsələdə Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kimi regional güclərin oynaya biləcəyi roldan bəhs edərkən deyib. 

“Qəzza, İraq, Suriya və Əfqanıstanda bu cür ssenarillər yaddaşımıza yaralar və faciələrlə həkk olunub. Müharibəyə səbəb ola biləcək istənilən addıma qarşıyıq, bölgədə təhlükəsizlik və sülhün bərqərar olması ehtimalını gücləndirən hər bir təşəbbüsü dəstəkləyirik”.

Problemlərin dialoq və sağlam düşüncə yolu ilə həll edilməsinin zəruriliyinə diqqət çəkən Ərdoğan İrana qarşı hər hansı hərbi müdaxiləyə qarşı olduqlarını bildirib.

Dövlət başçısı gərginliyi azaltmaq və problemləri həll etmək məqsədilə İranla ABŞ arasında vasitəçilik rolunu öz üzərinə götürməyə hazır olduqlarını diqqətə çatdırıb.

 

 

Oxşar məqalələr