Tramp: “Rusiyanın Suriyaya müdaxiləsi dəhşətli nəticələrə səbəb olub”

Tramp1

ABŞ-nın yeni seçilmiş prezidenti Donald Tpamp Rusiyanın Suriya  münaqişəsinə müdaxilə etməsini mənfi  qiymətləndirib.

APA-nın məlumatına görə, bu barədə o, Böyük Britaniyanın “The Times” və Almaniyanın “Bild” qəzetlərinə müsahibəsində deyib.

D. Tramp bildirib ki, Rusiyanın Suriyaya müdaxiləsi dəhşətli humanitar vəziyyətin yaranmasına səbəb olub: “Bu, çox pisdir. Dəhşətdir. Hələbdə dəhşətli humanitar durum yaranıb”.  

D. Tramp əlavə edib ki, ABŞ-ın Suriyada hansısa addım atmaq imkanı var idi, lakin artıq çox gecdir.

Məktəbdə tətillər uzadıldı - Qripə görə

81179349.jpg

Rusiyada qrip virusunun kəskin yayılması ilə əlaqədar bir sıra şəhərlərdə məktəb tətilləri uzadılıb.

Trend-in məlumatına görə, tətillərin uzadılması barədə qərar Rusiyanın Ufa, Perm və Orenburq şəhər məktəblərinə şamil edilib. Qərar əsasən, məktəblilər uzadılan tətil çərçivəsində yanvarın 21-dək məktəbə getməyəcəklər.

Ardını oxu...

İstanbulda bina çöküb, iki nəfər ölüb

sadd130107.PNG

İstanbulun Zeytinburnu rayonu ərazisində 6 mərtəbəli bina çöküb.

APA-nın “Milliyət”ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində iki nəfərin öldüyü, 5 nəfərin yaralandığı bildirilir.

Bina daha əvvəl boşaldıldığından orada insan yaşamır. Ölən və yaralananların hadisə zamanı binanın yanından keçənlər olduğu ehtimal edilir.

Ölənlərdən birinin uşaq olduğu bildirilir.

Altbölüm

27 -dən səhifə 33

Oxşar məqalələr