AXTAR

Yerevan həbsxanasında tarakan əlindən tərpənmək olmur

irevan hebs tarakan

 

Ermənistanın cəzaçəkmə müəssisələrində yoxlama işlərini həyata keçirən müşahidəçilər bu yaxınlarda Yerevandakı “Nubaraşen” ümumi rejimli islah müəssisəsində dəhşətli antisanitariyanın şahidi olublar.
Virtualaz.org-un xüsusi müxbiri xəbər verir ki, məhbuslara verilən qida konteynerlərinin içində belə çoxlu sayda tarakan aşkarlanıb. Onların peyda olmasında təəccüblü heç nə yoxdur – kameraların çoxunda kanalizasiya işləmir, nəmişlikdən yataq ağları yaşdır.
Ölkənin Ədliyyə Nazirliyinə bu barədə məruzə olunub, lakin üstündən bir neçə həftə keçsə də, müşahidəçilərə cavab verilməyib. Belə olduğu halda, onlar KİV-ə müraciət ediblər və bunlardan bəziləri antisanitariyanın səviyyəsini göstərən fotoşəkilləri dərc ediblər.
Qeyd edək ki, “Nubaraşen” həbsxanasında məhkum olunmuş müxalifətçilər, o cümlədən “Sasna Tsrer” üsyançı qrupunun bəzi üzvləri saxlanılır.

Oxşar məqalələr