AXTAR

Aygün Attar Gergerlioğluna meydan oxudu: “Azərbaycan və Əliyev barədə danışmağa haqqın yoxdur!”

dunden bugune prof dr aygun attar 1738435229

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri, professor Aygün Attar Türkiyə Böyük Millət Məclisinin deputatı Ömər Faruk Gergerlioğlunun Azərbaycan və Prezident İlham Əliyev barədə səsləndirdiyi fikirlərə sərt reaksiya verib.

"İksmedia az" "Musavat"com=a istinadən xəbər verir ki, Attar sosial şəbəkədə paylaşdığı açıqlamada Gergerlioğlunun Azərbaycan və onun dövlət başçısı barədə səsləndirdiyi ittihamları kəskin şəkildə tənqid edib.

Aygün Attar bildirib ki, Türkiyə parlamentində təmsil olunan bir şəxsin Azərbaycan haqqında bu cür ifadələr işlətməsi qəbuledilməzdir və belə açıqlamalar həm Azərbaycan xalqına, həm də Türkiyə-Azərbaycan qardaşlığına hörmətsizlikdir.

Professor açıqlamasında xüsusilə vurğulayıb ki, Azərbaycan torpaqlarını işğaldan azad etmiş, Qarabağ zəfərinə imza atmış bir dövlətin və onun prezidentinin ünvanına səsləndirilən böhtanlar qəbul edilə bilməz.

Attarın sözlərinə görə, Azərbaycan erməni işğalçı qüvvələrini məğlub edərək tarixə keçən bir qələbə qazanıb və bu zəfər böyük qurbanlar hesabına əldə olunub. O, Prezident İlham Əliyevin Azərbaycan xalqının iradəsini və Qarabağ zəfərini təmsil edən lider olduğunu qeyd edib.

Aygün Attar həmçinin Gergerlioğluna müraciətlə bildirib ki, Azərbaycan və onun dövlət başçısı haqqında bu cür ifadələr işlətməyə heç kimin haqqı yoxdur.

O əlavə edib ki, səsləndirilən ittiham və böhtanlarla bağlı hüquqi addımlar da atılacaq və məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Türkiyədə son günlər bəzi siyasi dairələrin Azərbaycan və onun rəhbərliyi barədə səsləndirdiyi iddialar ictimai müzakirələrə səbəb olub.

Oxşar məqalələr