
“İrana hücumlar “Epik Qəzəb Əməliyyatı” çərçivəsində başlanıb və strateji məqsədlərin əksəriyyətinə artıq çatıb”.
"İksmedia az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə xalqa müraciətində deyib.
Tramp bildirib ki, ABŞ hücumları zamanı İranın elektrik stansiyaları hədəf ola bilər, lakin neft obyektlərinə toxunmayacaq:
“Bu addım İran xalqına fürsət vermək məqsədi daşıyır. Bu hücumlarla İranı aid olduqları yerə, daş dövrünə qaytaracağıq”.
O deyib ki, ABŞ-nin Hörmüz boğazından keçən neftə qətiyyən ehtiyacı yoxdur:
“Bu, bizə lazım deyil. Hörmüz boğazından neft alan ölkələr bu keçidi qorumaq məsuliyyəti daşıyırlar. Onlar bu keçidi nəzarətə götürməli və dəyərini qiymətləndirməlidirlər. Bunu asanlıqla edə bilərlər”.
