Saakaşvilinin partiyası Tiflisdə qurultay keçirir



Ankara məhkəməsi Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətli ilə əlaqədar daha bir polis əməkdaşı barəsində həbs qətimkan tədbiri seçib. APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, cinayət işinin istintaqı çərçivəsində saxlanılar 7 polis əməkdaşı – Kaan Bülbül, Səfa K., Ufuk Q., Kadir Ş., Oğuzxan O., Doğuxan S. və Bilal D. Ankara prokurorluğunda dindirilib.

Müəyyən qüvvələr Birləşmiş Ştatlarda yeni seçilmiş prezident Donald Trampın legitimliyini zədələmək, onu “Maydan” təşkil etməklə hakimiyyətdən uzaqlaşdırmaq cəhdləri göstərir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “Dağlıq Qarabağ ərazisində güc əməliyyatlarının və döyüş hərəkətlərinin keçirilməsi Azərbaycanın daxili işi deyil” sərt bəyanatı Azərbaycan jurnalistlərinin təxribatçı sualına cavab olub.
Türkiyənin İstanbul şəhərində yanvarın 1-ə keçən gecə terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, "Əbu Muhammed Xorasani" kod adlı terrorçu Abdulkadir Maşaripov əməliyyat-axtarış tədbirləri nəticəsində Esenyurt rayonunda yaxalandığı bildirilir. Onunla birgə daha 3 nəfər tutulub.
Məlumata görə, səhər saatlarında terrorçunun yaxalanması ilə əlaqədar rəsmi açıqlama veriləcək.
Qeyd edək ki, Yeni il gecəsi naməlum şəxsin İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna etdiyi hücum nəticəsində 16 nəfər əcnəbi olmaqla, ümumilikdə 39 insan ölüb.

Türkiyənin Diyarbəkir vilayətinin Sur qəsəbəsində polis avtobusu keçərkən terrorçuların partlayıcı qurğunu işə salması nəticəsində şəhid olanların sayı 4-ə çatıb.

C.Nəzərov. Honkonqdan Bişkekə uçan Türkiyə aviasiya şirkətinə məxsus "Boeing 744" yük təyyarəsi Qırğızıstan paytaxtındakı "Manas" hava limanına eniş edərkən qəzaya uğrayıb.

ABŞ-nın yeni seçilmiş prezidenti Donald Tpamp Rusiyanın Suriya münaqişəsinə müdaxilə etməsini mənfi qiymətləndirib.
APA-nın məlumatına görə, bu barədə o, Böyük Britaniyanın “The Times” və Almaniyanın “Bild” qəzetlərinə müsahibəsində deyib.
D. Tramp bildirib ki, Rusiyanın Suriyaya müdaxiləsi dəhşətli humanitar vəziyyətin yaranmasına səbəb olub: “Bu, çox pisdir. Dəhşətdir. Hələbdə dəhşətli humanitar durum yaranıb”.
D. Tramp əlavə edib ki, ABŞ-ın Suriyada hansısa addım atmaq imkanı var idi, lakin artıq çox gecdir.
24 -dən səhifə 31