AXTAR

İzmirdəki terror aktını PKK törədib: 2 ölü, 10 yaralı - VİDEO

175635_res_01.jpg

İzmirdə baş verən terror aktının arxasında, ilkin ehtimala görə, PKK terror təşkilatı dayanır.

NTV telekanalı xəbər verir ki, bunu şəhər valisi Erol Ayyıldız deyib.

Onun sözlərinə görə, terrorçular polislərə postda avtomobili yoxlamaq istəyən zaman hücum ediblər: "Polis terrorçuların olduğu avtomobili yoxlamaq istəyib. Bu zaman onlar atəş açıblar və atışma müddətində avtomobili partladıblar".

Qeyd edək ki, baş vermiş partlayış nəticəsində bir polis və bir məhkəmə işçisi ölüb, 10 nəfər xəsarət alıb.

*   *   *18:57

Virtualaz.org-un "Doğan" agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyənin İzmir şəhərində məhkəmə binasının qarşısında baş vermiş partlayışdan sonra terrorçularla polis əməkdaşları arasındakı atışma zamanı 2 asayiş keşikçisi həlak olub.

Partlayış nəticəsində 1-i ağır olmaqla 10 nəfər xəsarət alıb.

Virtualaz.org onu da bildirir ki, Türkiyə hakimiyyəti bütün yerli KİV-ə İzmirdə məhkəmə binasında partlayışla bağlı məlumatları işıqlandırmağı qadağan edən fərman verib.

*   *   *17:52

İzmirdə Ədliyyə Nazirliyiinin yerli idarəsinin binası yaxınlığında partlayış bomba yüklənmiş avtomobil vasitəsilə törədilib.

Məlumatı "Doğan" agentliyi yayıb.

Agentliyin xəbərinə görə, hadisə yerində bir terrorçunun meyiti var.

Məlumata görə, bomba yüklənmiş avtomobillə hücumdan sonra iki terrorçu ilə polis əməkdaşları arasında atışma olub.

Terrorçulardan biri məhv edilib.

İlkin məlumata görə, 3 nəfər yaralanıb.

*   *   *17:25

Türkiyənin İzmir şəhərində partlayış baş verib.

Virtualaz.org xəbər verir ki, şəhərdə məhkəmə binası önündə partlayıcı maddə yerləşdirilmiş avtomobil partladılıb.

Ölən və yaralananlar barədə məlumat verilmir.

 

Oxşar məqalələr