AXTAR

Gürcüstanda şaxtada partlayış baş verib, xəsarət alanlar var

aalen-1.jpg

Gürcüstanın qərbində, Perevisa kəndində yerləşən manqan şaxtasında partlayış baş verib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 2 fəhlə xəsarət alıb.

Yaralıların xəstəxanaya yerləşdirildiyi, həyatlarına təhlükə olmadığı bildirilir.

Qeyd edək ki, “Çiaturmarqanets” Səhmdar Cəmiyyətinə məxsus şaxta “Georgian American Alloys Inc.” şirkəti tərəfindən idarə olunur.

Oxşar məqalələr