AXTAR

ABŞ Ədliyyə Nazirliyinin “Epşteyn işi” ilə bağlı bu addımı tənqid olundu

ABŞ Ədliyyə Nazirliyi məşhur maliyyəçi Ceffri Epşteynin işi üzrə materiallar arasında onlarla çılpaq qız şəkillərini yayımlayıb.

“İksmedia" Qafqazinfo”-ya istinadən  xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti məlumat yayıb.

Məlumata görə, nazirliyin saytında üzləri bulanıqlaşdırılmamış və ya örtülməmiş insanların əks olunduğu 40 kadr yerləşdirilib. Bildirilir ki, şəkillər Epşteynin adasında, yataq otaqlarında və maliyyəçiyə məxsus digər otaqlarda çəkilib. Kadrlarda əks olun bu insanların bəziləri yetkinlik yaşına çatmamış şəxslər olub.

Vəkillərin sözlərinə görə, Ədliyyə Nazirliyinin əməkdaşları bu işdə etinasızlığa yol veriblər, belə ki, onlar cinsi xarakterli təsvirləri dərc etməzdən əvvəl qurbanların identifikasiya edilməməsi üçün bu şəkilləri redaktə etməli idilər. Onlar 180 min şəkildə Epşteynin cinayətləri ilə əlaqəli ola biləcək məşhurların adlarının diqqətlə gizlədildiyi halda, qurbanların kadrlarının senzurasız yayımlandığı üçün narazılıqlarını ifadə ediblər.

Məlumata görə, sərt tənqidlə üzləşən nazirlik daha sonra etik normalara uyğun olmayan şəkillərin əksəriyyətini silib.

Xatırladaq ki, Ceffri Epşteyn cinsi istismar, pedofiliya və fahişəlik şəbəkəsi yaratmaq ittihamları ilə həbs olunmuş və daha sonra həbsxanada ölü tapılmışdı. Bir neçə gün əvvəl ABŞ Ədliyyə Nazirliyi “Epşteyn işi” ilə bağlı genişmiqyaslı arxiv məlumatlarını ictimaiyyətə açıqlayıb.

 

Oxşar məqalələr