Modern.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistan parlamentində çıxışı zamanı deyib.
Ərdoğan bildirib ki, bu qruplaşmanın islamla heç bir əlaqəsi yoxdur.
“Biz İŞİD-ə qarşı qətiyyətlə mübarizə aparacağıq və bunu davam etdirəcəyik. İŞİD qədər heç kim islama daha çox ziyan vura bilməz. Bizim dinimizdə adam öldürmək haqqı heç kimə verilmir”.
Türkiyə prezident həmçinin Qərb ölkələrinin İŞİD-in yanında dayandığını da qeyd edib.
“Biz sübut etdik ki, terrorçuların əlindəki silah Qərb mənşəlidir. Bütün bunlar islama qarşı edilir”.