Pakistan Fətullah Gülən camaatına məxsus məktəblərdə dərs deyən bütün müəllimlərin ölkədən çıxması barədə qərar qəbul edib.
Türkiyə mediasından aldığımız məlumata görə, Pakistan höküməti ölkədə hizmət hərəkatına məxsus 23 məktəbdə işləyən 108 müəllimin ailələri ilə birlikdə bu ayın 20-dək Pakistanı tərk etmələrini tələb edib.