Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu gözlənilmədən Tehrana səfər edib.
APA-nın Tehran bürosunun məlumatına görə, M. Çavuşoğlu İran prezidenti Həsən Ruhani ilə görüşüb.
Sonra M. Çavuşoğlu iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşüb.
Görüşdə M. Çavuşoğlunun ikitərəfli əlaqələrin inkişafı, regiondakı münaqişələr, o cümlədən Suriya böhranı müzakirə olunub.
Qeyd edək ki, bu, Türkiyədə baş vermiş 15 iyul hadisələrindən sonra M. Çavuşoğlunun Tehrana ikinci səfəridir. M. Çavuşoğlunu səfərdə Türkiyənin təhlükəsizlik naziri müşayiət edir.