Rusiyanın Krasnodar vilayətinin ardınca Stavropol da erməniliyin qurbanına çevrilir
Ölənlərimizə min rəhmət, həyatın bütün məqamlarını dürüst əks etdirən gözəl sözlər qoyub gediblər.
Bunlardan birində deyilir ki, “özgəsinə quyu qazan özü düşər”. Vaxtilə rus çarlarından biri öz siyasətinə uyğun olaraq erməniləri Qafqaza köçürdüb və əsasən də Azərbaycanda yerləşdirib. Yəni, Azərbaycan xalqına “quyu qazıb”. O vaxtdan 200 ildən çox keçib. Və bu gün ermənilər nəinki Cənubi Qafqazın kəsilib atılmalı olan appendisitinə çevrilib, o cümlədən Rusiyanın regionlarını işğal etmək həvəsinə düşüb. Hətta müəıyyən mənada istəyinə nail də olub.
Rusiyanın cənub vilayətlərindən Krasnodarın ermənilərin caynağında olması çoxdan yerli əhaliyə və Qafqaz xalqlarına bəllidir. Bunun ardınca Stavropol və ətraf rayonlar hazırda erməni ekspansiyasından əziyyət çəkirlər. Ancaq “erməni bicliyi” özünü göstərir. Elə mütəşəkkil hərəkət edirlər ki, rusların səsi heç yana çatmır. Yazıqlıq! Bəli, məhz özlərini belə göstərərək əlaltdan yerlərini möhkəmlətmək erməniliyin fəaliyyət strategiyasıdır. İndi adı çəkilən vilayətlərin bütün əsas şəhərlərində ermənilər varlı və təmtəraqlı həyat sürür, vilayətin administrasiyasında yüksək vəzifələr tutur, restoranlar şəbəkəsində və turizm obyektlərində külli miqdarda pul qazanırlar. Yerli əhali isə getdikcə onlar tərəfindən sıxışdırılır. Buna görə də köklü əhali tərəfindən ermənilərə qarşı ciddi antipatiya yaranıb.
Belə görünür ki, ermənilərin işğalçılıq fəaliyyətini yönləndirən hansısa qrup var. Çox güman ki, xaricdəki varlı erməni diasporu bu işi təşkil edir və gələcək yeni “erməni dövlətlərinin” yaranması üçün zəmin hazırlayır. Bu məsələdə müasir texnologiyalardan da geniş istifadə olunur. Xatırlamaq lazımdır ki, hazırda dünyanın ən inkişaf etmiş ölkələrində də internetin imkanlarından yararlanaraq müxtəlif məqsədləri həyata keçirmək üçün təbliğat aparırlar. ABŞ prezidenti Donald Trampın seçkisində sosial şəbəkələr üzərindən edilmiş müdaxilələr barədə mübahisələr indiyədək səngiməyib. Ermənilər də əməllərini internet üzərindən həya keçirməyə çalışırlar. Necə?
Vaxtilə, indi işğalda olan Qarabağın ayrı-ayrı bölgələrində erməni çobanlarının əli ilə gizli sexlərdə hazırlanmış xüsusi, guya qədim tarixi əks etdirən ermənilərə aid vımpelləri torpağa basdırır, bir neçə ildən sonra yağış sularının yuduğu torpağın altından paslanaraq çıxan həmin saxta nümunələri təbliğ edərək “bura ermənilərin qədim torpağıdır” deyib şivən salırdılar. Bu dəfə artıq həmin taktika ilə internetdə təbliğ edirlər ki, ermənilərin Kuban, Stavropol vilayətlərinə, Pyatiqorsk, Soçi, Armavir, Adler, sonradan yaranmış Armyansk şəhərlərində ermənilər ən tezi XII əsrdən məskunlaşıblar.
Ermənilərin bütün bu fırıldaqları barədə yazan Rusiyanın internet məkanı ermənilərin yalanlarının həddini aşdığını bildirir. Onların quraşdırdığı nağıllar isə rusiyalı istifadəçilərdə hiddət və qəzəb doğurur. Çünki ermənilər həyasızcasına ruslara sübut etmək istəyirlər ki, Qafqaz onların döğma vətənidir. Buna görə də şəbəkə istifadəçiləri erməniləri o ki var, yamanlayırlar. Alina Zolotaryova yazır: “Pyatiqorskda 80-ci illərdən yaşayıram. O vaxt şəhərdə ermənilər gözə dəymirdi. Onlar kurort şəhərlərini sevirlər, çünki pullu yerlərdir və bu səbəbdən şəhərdə tikinti gedəndə bura köçməyə başladılar. Onlar eyni zamanda Soçidə, Armavirdə, Krasnodarda, Kavminvodda da eyni sürətlə yerləşirdilər. Qarabağ qaçqınları adı ilə ermənilərə pulsuz torpaq sahələri, tükinti üçün güzəştli şərtlərlə kreditlər verildi. Tezliklə onlar deyəcəklər ki, buralar bizim torpaqdır və bizimlə vuruşmağa başlayacaqlar”. Aydamir Meretukov isə həqiqəti yazır: “Soçidə, Kubanda, Pyatiqorskda min illərdir ki, çerkeslər (adıgeylər) yaşayır. 1864-cü ildən onları bu torpaqlardan sürgün etdikdən sonra digər xalqların nümayəndələri bura gəlməyə başladı. Həqiqət budur, qalanları yalançı rəvayətlər və bilməyənlər üçün nağıllardır”. Vanka Vetrov da ermənilərin həyasızlığının həddini aşdığını bildirərək yazır ki, ermənilər Krasnodar və Stavropol vilayətlərinin ən isti diyarlarını işğal ediblər, onları Tundraya yerləşdirmək lazımdır.
Tarixi faktlardan məlumdur ki, ermənilərin Azərbaycana yerləşdirilmələrini çara Rusiyanın o vaxtlar Tehrandakı səfiri Qriboyedov məsləhət görüb. Amma sonradan səfirin ölümündə ermənilərin əli olub. İndi başqa bir fakta diqqət edin: Rusiya prezidentinin 2019-cu ilı böyük mətbuat konfransında Mariya Lakatuş adlı bir qızcığaz “Putin ermənilərin prezidentidir!” şüarını qaldırmışdı. Bu, doğrudanmı ermənilərin Putinə məhəbbətinin təcəssümü idi?! Qətiyyən! Bu, ermənilərin işğalçılıq siyasətinin taktikasıdır. Bu cür məhəbbətlərin axırı yaxşı məlumdur ki, axırda Rusiyaya arxadan zərbəni ermənilər vuracaq.
N.NOVRUZ