AXTAR

Nizami rayonunda tövlə ilə parkın yerini səhv salan var

eşşek

 

Bakının Nizami rayonunda bir neçə gözəl istirahət zonası var. Yox, o yeyib-içmək yerərini demirik. PArkları nəzərdə tuturuq. Bunlardan biri də "Laçın" ticarət mərkəzi ilə üzbəsurət olan Heydər Əliyev parkıdır. Əhalinin sevimli istirahət yeridir. Xüsusilə, uşaqlar əylənmək üçün bura həvəslə gəlirlər. Yəni, parkda günlər bir-birindən xoş keçir. Ətrafda yaşayan ahıllar da həkimin məsləhət gördüyü daha çox hərəkət etmək proseduru üçün bu parkı seçirlər. Şikayət yoxdur, piyada yerimək proseduru üçün əla məkandır. Amma...
Parkın aşağı hissəsində bir dairəvi səhnə var. Güman ki, artistlərin, müğənnilərin çıxışı üçün nəzərdə tutulub. Nədəndir ki, aşağısında otaq və ona bitişik, qapısı cağ olan bir hücrə də yerləşir. Ehtimal etmək olar ki, bu yerlər də soyunub-geyinmə otağı, aksessuarların saxlanması üçündür. Və noyabrın 24-də burada nə görsək yaxşıdır? Bir cüt eşşək. Bəli, bəli, iki canlı eşşək eni təxminən 1,5 metr, uzunu da 3 metr olan daş hücrədə, peyinin içində, yedikləri cüzi ot da peyinlərinə bulaşmış halda yazıq-yazıq yaxınlıqdan keçən insanlara qorxu içində tamaşa edirdilər. Kim nə deyir desin, ancaq qəti şəkildə iddia edirik ki, bu binəvaların günahı yoxdur, günah tövlə ilə parkın yerini səhv salan nadandadır. Görün, bu adam insanlığını hansı dərəcədə itirib ki, eşşək olanda nə olar, o heyvanlara o cür zülm edir. Üstəlik də, istirahər parkının gözəl havasına nanəcib təəssürat qatır.
Və bu an adamın beyninə min cür fikir gəlir: Görəsən, paytaxt Bakıda bu eşşəklərin nə işi var? Məcburən, düşünürük ki, əstəğfürullah, bəlkə bunları kəsib "vosmoy" bazarında camaata mal əti kimi sırımaq fikrindədirlər? Babalı deyənlərin boynuna, axı, son illər bir ucdan xaricdən ölkəmizə hey eşşək daşınır, amma sonra bu heyvanlar müəmmalı şəkildə yoxa çıxır. Məsələn, statiskaya görə keçən ildən bu ilə eşşəklərin sayı məcazi yox, birbaşa mənada düz 5000 baş azalıb. İş də burasındadır ki, bu qədər heyvanın nə üçün yoxa çıxması haqda əldə müfəssəl məlumat yoxdur.

Yeri gəlmişkən, Nizami rayonundakı bu cütlük artıq ölkədə məşhurlaşıb, çünki ATV kanalı da ba barədə süjet yayımlayıb.


İKSmedia.az

Oxşar məqalələr