AXTAR

Ermənistanın hökuməti, ordusu və polisi də marionetdir

pashinyan polis

 

Köhnələr Moskvanın, təzələr Qərbin, hüquq-mühafizə orqanları isə yerli hakimiyyətin quludur

Ermənistan mediasının yayılan məlumatlara əsasən, polis və daxili qoşun qüvvələri Azərbaycanla sərhəd boyunca dislokasiya edilib. Bu, Ermənistan silahlı qüvvələrində şəxsi heyətin komplektləşdirilməsində ciddi problemin olmasını real təsdiqləyən faktordur.
Hər il ermənilər dad döyürlər ki, orduya göndərməyə gənc tapmırlar. Bu həqiqətdir. Amma niyə ölkədə gənclər qəhətə çıxıb, bu haqda reallığı gizlətməyə çalışırlar. Ermənistan polisinin Azərbaycanla sərhəd boyunca dislokasiya edilməsi bu ölkənin ordusunda və ümumiyyətlə əhalinin demoqrafiyasında ciddi problemlərin olduğunu göstərir. Halbuki polisin və daxili qoşunların cəbhəyə göndərilməsi qanunsuzdur və belə hərəkətlər Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi maneçilik törədir.
Hələ bir müddət əvvəl “Qraparak” qəzeti qeyd etmişdi ki, əvvəlki hakimiyyət (Serj Sarkisyanın klanı) daxili qoşunlardan ölkədəki etirazçılara qarşı istifadə etməklə bu qoşun növü haqda olan qanunun tələblərini pozub. Ancaq məsələ burasındadır ki, “inqilab” edərək hakimiyyəti ələ keçirən Nikol Paşinyanın baş nazirliyi dövründədə hərc-mərclik davam edir. Paşinyan demikratiyadan danışıb, diktator kimi özbaşınalıq edir. Yeni rəhbər sanki orijinallıq edərək daxili qoşunları “demokratiyaya” hücumdan çəkindirib, daha mühüm sahəyə - dövlətin işğalçılıq fəaliyyətinin davam etdirilməsinə cəlb edib. Və əslində bununla da “erməni demokratiyası”nın mahiyyətinin nədən ibarət olduğunu əyani bütün dünyaya göstərib.
Paşinyanın təklifi ilə polislərin işğal edilmiş ərazilərə göndərilməsi heç bir ciddi müzakirə aparılmadan sadəcə bir şəxsin əmri ilə başa gəlib. Baş nazirin qərarına əsasən ölkənin polis rəisi daxili qoşun bölmələrinə gəlib və şəxsi heyətin Azərbaycanən zəbt olunmuş ərazilərinə getməli olduğunu bildirib. Lakin baş nazirin qərarı polis rəisi tərəfindən bildirilərkən qoşun bölmələrindən birinin heyəti qərara etirazını bildirib və Azərbaycan ərazisinə getməkdən imtina edib. Bu nfaktın özü sübut edir ki, Ermənistandan hərbçilər Azərbaycan ərazisinə getməkdən boyun qaçırırlar yalnız ona görə ki, bu torpaqlar onlar üçün yaddır. Hətta onların maaşlarına əlavə ödəniş ediləcəyi vədi də həmin bölməni etirazdan çəkindirə bilməyib. Lakin bu hadisə Ermənistan baş nazirinə dərs olubmu? Çətin! Verdiyi qərarlardan və xalqa verdiyi vədlərdən aydın görünür ki, Paşinyanın işğal iştahı heç də Koçaryan və Sarkisyan güruhundan az deyil.
Paşinyanın bu qərarı həm də onu sübut edir ki, sülhdən dəm vuran baş nazir əslində sülh siyasətindən çox uzaqdır. Çünki, Azərbaycanın işğal edilmiş ərazilərinin erməni ordusunun tam nəzarətində olmasını ehtiva edir. Dağlıq Qarabağda yaradılmış qondarma DQR rejimi isə marionet xarakterdədir. Yəni, əlaltının əlaltısıdır.
Avropa İnsan Hüquqları Məhkəməsinin 2015-ci ildəki qərarında bu haqda aydın yazılıb. AİHM-in qərarında deyilir ki, “Dağlıq Qarabağ, Laçın rayonu tam olaraq Ermənistanın nəzarəti altındadır”.
Beləliklə, situasiya göstərir ki, Ermənistan eyni bezdən olanlar müxtəlif şüarlar altında hakimiyyəti qəsb edir və bu qəsbkarlığı Azərbaycana qarşı da davam etdirirlər. Lakin bu hal nə qədər davam edəcək, məlum deyil. Belə ki, gənclər ölkədən qaçıb gedir, əlacsızlıqdan polisi dövriyyəyə buraxırlar, bəs, polislər də cana yığılıb Qarbağda ölməkdən qaçmağa başlasalar nə olacaq, bax, bu haqda ermənilərin düşünməyə hələ ki, gücləri çatmır.
N.NOVRUZ

Oxşar məqalələr