Tonquanyanın Kanton əyalətindən olan Açje Lyü atası evə piton yumurtası gətirdikdən sonra dünyaya gəlib.
Oğlanın atası Çan ilanları çox sevdiyini bildirib: "Mən həmişə pitonları ən gözəl varlıqlar hesab etmişəm və oğlum dünyaya gəlməzdən əvvəl ilanların onunla yola gedə biləcəyi mənim üçün maraqlı idi. Xoşbəxtlikdən Açje uşaqlıqdan böyük ilanlardan qorxmadı, əksinə onun “ağuşunda" dincəlməyi sevirdi. Qızmar yay günlərində ilanın soyuq dərisi oğlumun üzünü sərinlədirdi. Biz bir müddət sonra gördük ki, ilan ona zərər vurmayacaq və uşağı ilanın himayəsində saxlamağa qərar verdik. İndi onların arasından su da keçmir".
Nəticədə valideynlər ilanı dayə kimi qəbul edib, hətta evdə olmayanda azyaşlı oğlanı ona etibar ediblər. Çinli ailə qərarlarını belə izah edib: “Düşünürük ki, belə bir qarovulçu olduğu halda heç kim uşağı oğurlamağa cürət etməz".
Açjenin artıq 13 yaşı var və o, zooloq olmaq niyyətindədir. Oğlan qeyri-adi dayəsi haqqında bunları deyib: "O mənimlə həmişə çox ehtiyatlı davranır və heç vaxt həddən çox sıxmır. Əgər insanlar heyvanları daha yaxşı başa düşsəydilər, bir-birinə qarşı mərhəmətli olardılar"./publika/