
Siyəzən Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Novruz Novruzov köməkçisini vəzifəsindən azad edib.
“İksmedia az" iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı müvafiq Əmr imzalayıb.
Əmrə əsasən, Balabəy Balabəyov icra başçısının köməkçisi vəzifəsindən azad olunub.
Məlumata görə, o, dövlət qulluğunda olmanın yaş həddinə çatması ilə əlaqədar təqaüdə yola salınıb. Bu günlərdə onun 65 yaşı tamam olub.
Xatırladaq ki, B.Balabəyov uzun müddət RİH-də çalışıb. O, əvvəllər RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini (dini qurumlarla işin təşkilatçısı) işləyib. Ötən ay struktur dəyişikliyindən sonra onun vəzifəsi ixtisara düşdüyündən başçının köməkçisi təyin edilib.
