Ermənilər yenə isterik vəziyyətə düşüblər
Bu günlərdə Bakıda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası işini davam etdirir. Tədbirin ölkəmizdə keçirilməsi təsadüfi deyil. Çünki, Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək verməkdir. Bu məqsədlə ölkəmiz müstəqilliyini bərpa etdiyi vaxtdan UNESCO ilə sıx əməkdaşlıq münasibətləri qurub və təşkilatın fəaliyyətinə öz töhfəsini verib.
UNESCO-nun Baş direktoru Odre Azule sessiyadakı çıxışında deyib: “Bakı dünyəvi bir şəhərdir, zəngin tarixə, UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil olan sahələrə malikdir. Bu gün axşam biz bütün dünyanın müxtəlif yerlərindən paytaxt şəhərinizə, buraya toplaşmışıq. Əslində bunun bir tarixçəsi var. Bu, bizi bir araya gətirən dəyərlərə, ümumi tariximizə, bölüşdüyümüz məqamlara bağlıdır. Tarix boyu bəşər övladı yaşayıb, yaratmışdır. Biz müxtəlif təkamül yolu ilə inkişaf edərək yeni üfüqlərə çıxmışıq”.
İnkişafın yeni üfüqlərində Azərbaycanın öz payı, öz yeri, aydın məqsədi və bütün dünyaya açıq siyasəti var. Bizim qeyri-maddi mədəni irsimizin sanbalı və dəyəri dünyanın dörd bir yanında sevilir və qəbul edilir. Bu işdə nə bir saxtakarlıq, nə də bir özgə malı var. Hər şey, hər bir nemət, xalq yaradıcılığının hər bir qolu özümüzə məxsusdur. Buna görə də bütün beynəlzalq tədbirlərdə ürəklə, cəsarətlə iştirak edir və dəyərlərimizi nümayiş etdiririk.
Amma... həmişə olduğu kimi UNESCO-nun bu sessiyasında da ermənilər qalmaqal yaratmaq istəklərindən vaz keçmədilər. Belə ki, Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak edən UNESCO-nun baş direktorunun müavini Ernesto Ottonenin Bakıda verdiyi müsahibədə, “əgər, təhlükəsizlik məsələsi tam həll olunarsa, biz ekspert qrupunu Dağlıq Qarabağa göndərmək barədə düşünərik” deməsi, məhz, bu məsələ üzrə uzun illərdir ki, isterik vəziyyətdə olan erməniləri möhkəm coşdurub və onları Almaniya kansleri Anjela Merkeli rəsmi görüşdə tutan əsməcə tutub. Kanslerdə bu hal yorğunluqdan doğsa da, ermənilərdə onları daim izləyən isterikadan baş verib. Elə isterik vəziyyətlərinə görə də belə anlayıblar ki, beynəlxalq ekspertlər qrupu artıq yoldadırlar. Buna görə də Ermənistanın UNESCO-dakı nümayəndəsi dərhal Ernesto Ottone ilə əlaqə saxlayıb və ekspertlərin Qarabağa səfərləri ilə bağlı sual yağışına tutub. Cənab Ottone isə bildirib ki, nə qrup, nə yol, o, elə söz deməyib.
İndi sual olunur ki, ermənilərin “qarınlarının dərdi” nədir, nədən onlar belə ekspedisiyalardan qorxurlar? Məsələdən hali olanlar üçün bunun cavabı məlumdur. Erməni qeyri-maddi mədəni irsinin 90 faizi oğurluqdur. Bir fikir verin, bu ölkənin UNESCO-da qeydiyyatdan keçmiş 5 qeyri-maddi mədəni irsi var: erməni düdüyü (buzum zurna, üstəlik “düdük” də xalis türk sözüdür), ənənəvi erməni çörəyi-lavaş, ənənəvi erməni rəqsi-köçəri bunların arasındadır. “Lavaş” və “köçəri” sözlərinin Azərbaycan dilinə bağlılığına heç kim şübhə edə bilməz. Bu üç qeyri-maddi irs nümunəsini ermənilər oğurlayıb öz adlarına çıxıblar. Bu hüsabdan, indi, görün Ermənistanın işğal etdiyi Qarabağda onlar hansı oyunlardan çıxırlar. Heç nə yox, elə dağıdılmış məscidləri, qədim binaları, muzeyləri, sənət məbədlərini, heykəlləri görən beynəlxalq ekspertlər erməni vandalızmi haqda eşitdiklərini əyani təsəvvürləri ilə zəngimləşdirə bilərlər. Buna görə də ermənilər daim isterik vəziyyətdədirlər və beynəlxalq ekspertləri Qarabağ ərazisinə yaxın getməyə də imkan vermirlər.
Hətta bir vaxtlar ermənilər qədim alban məbədi olan Qandzasar kilsəsini qeyri-maddi sərvətləri sırasına qatmaq üçün UNESCO-ya müraciət ediblər. Göndərilən ekspert qrupu gördüкlərindən dəhşətə gəlib: alban məbədini restavrasiya pərdəsi altında erməniləşdrmək üçün onun qədimliyini məhv edib, alban yazılarını gizlətmək üçün divarlarına üzlük vurulub, bir sözlə, yeni kilsəyə qədimlik statusu sırımaq istəyiblər. Ekspert qrupu kilsəni qəbul etməkdən imtina edib.
Azərbaycan Şuşanın işğalı zamanı erməni hərbçilərinin güllələdiyi bizim sənət korifeylərimiz - Üzeyir Hacıbəyov, Xurşid banu Natəvan və Bülbülün büstlərini beynəlxalq insənət ictimaiyyətinə çatdırıb. Dünyada erməni vandalizmi ad ilədir və artıq kimisə aldatmağa onlarda limit qalımayıb. İşğaldan 50 il əvvəl Fizuli rayonundakı qədimliyinə görə dünyada ikinci olan yaşayış məskəni Azıx mağarasının Azərbaycanda olması dünya tədqiqatçıları tərəfindən qəbul edilib. Ümumiyyətlə, Qarzbağda ermənilərin dağıtdığı mədəniyyət abidələrini siyahısı çoxdan UNESCO ekspertlərinə təqdim edilib. İndi ermənilər istər isterik olsunlar, istərsə də qeyri-isterik, onlar Azərbaycanla qarşıdurmanı axıradək saxlaya bilməyəcəklər. Gec-tez həqiqət öz yerini tutacaq və ermənilərin bizdən oğurladıqları da həqiqi sahibinə qaytarılacaq.
N.NOVRUZ