Qusarda narkotik alverçisi saxlanılıb (FOTO)

 saxlanilib 190717 02 1

 Qusar rayon Polis şöbəsi (RPŞ) Şahdağ Polis bölməsinin (PB) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışının qarşısının alınması istiqamətində əməliyyat tədbiri keçirilib.

Ardını oxu...

Azərbaycan prezidenti Türkiyə XİN rəhbəri ilə Qarabağ məsələsini müzakirə edib - YENİLƏNİB

15004410211754946239 1000x669 1 1

 

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib.

İksmedia.az-ın məlumatına görə, prezident İlham Əliyev bu gün Bakıda keçiriləcək Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin görüşünün önəmini qeyd edərək, bu tədbirdə əməkdaşlıqla bağlı məsələlərin müzakirə olunacağına, üçtərəfli əməkdaşlığımızın daha da inkişaf etdirilməsi üçün müvafiq qərarların qəbul ediləcəyinə əminliyini bildirib.

Prezident İlham Əliyev Dünya Neft Konqresinin 22-ci İstanbul toplantısının bu təşkilatın nüfuzunun artmasında mühüm rol oynadığını deyib və tədbir çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünü məmnunluqla xatırlayıb. Dövlət başçısı qeyd edib ki, Türkiyə xarici işlər nazirinin ölkəmizə səfəri bir daha ikitərəfli münasibətlərimizə dair məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradır. Prezident İlham Əliyev Azərbaycan-Türkiyə əlaqələrinin günü-gündən daha da gücləndiyini və bütün istiqamətlər üzrə yaxşı nəticələrin olduğunu vurğulayıb.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilk növbədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb. O qeyd edib ki, Rəcəb Tayyib Ərdoğan prezident İlham Əliyevin İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresində iştirakından dərin məmnunluq hissi keçirib. M. Çavuşoğlu Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd hadisələri ilə bağlı Azərbaycanda keçirilən tədbirlərin ölkəsində böyük razılıq hissi ilə qarşılandığını vurğulayıb. Türkiyənin xarici işlər naziri bu yaxınlarda Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində təmas xəttində Azərbaycanın mülki şəxslərinin həlak olması ilə bağlı prezident İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verib. M. Çavuşoğlu bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlar Türkiyə xalqı tərəfindən böyük sevinclə qarşılanır. M. Çavuşoğlu Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirləri arasında bu gün keçiriləcək görüşə toxunaraq, bu tədbirin regional əməkdaşlıq və ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsi baxımından önəmini qeyd edib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə prezidentinə çatdırmağı xahiş edib.

*** 10.15

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib.
İKSmedia.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

APA

Azərbaycan və Türkmənistan xarici işlər nazirləri əməkdaşlığın perspektivlərini müzakirə ediblər (FOTO)

 

elmar memmedyarov ve reshid meredovunun gorushu 3 1

 

Bu gün Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkmənistanın xarici işlər naziri Rəşid Meredov və Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlunun iştirakı ilə Azərbaycan-Türkmənistan-Türkiyə xarici işlər nazirlərinin dördüncü görüşü keçirilir.

İKSmedia.az-ın xəbərinə görə, əvvəlcə nazirlərin ikitərəfli görüşləri olacaq. Sonra görüşlər üçtərəfli formatda davam edəcək. İki gün davam edəcək üçtərəfli görüşdən sonra nazirlərin birgə mətbuat konfransı nəzərdə tutulur.

Azərbaycan-Türkmənistan-Türkiyə formatında xarici işlər nazirləri səviyyəsində birinci üçtərəfli görüş 26 may 2014-cü ildə Bakıda keçirilib. Bunun ardınca həmin ilin 5 iyun tarixində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısı çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Abdulla Gül və Türkmənistan prezidenti Qurbanqulu Berdimuhamedov arasında ikitərəfli və üçtərəfli formatda görüşlər keçirilib.

29 yanvar 2015-ci ildə Aşqabadda adıçəkilən formatda keçirilən ikinci görüşün yekunlarına əsasən 2015-2017-ci illər üçün Azərbaycan-Türkmənistan-Türkiyə üçtərəfli əməkdaşlığının Çərçivə Proqramı qəbul olunub.

28 avqust 2015-ci ildə Türkiyənin Antalya şəhərində hər üç ölkənin xarici işlər nazirlərinin üçüncü görüşü keçirilib. Görüşün yekunlarına dair Antalya Bəyanatı qəbul olunub. Bunun ardınca 9 oktyabr 2015-ci ildə Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan arasında Xəzər tranzit keçidləri üzrə birgə Texniki Komitənin birinci iclası keçirilib.

APA

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri

 

manat 290814

 

Azərbaycan Mərkəzi Bankı 19 iyul tarixinə valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan İKSmedia.az-a verilən məlumata görə, iyulun 19-a olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7017 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1,9632 manat təşkil edir.

1 türk lirəsi 0,4827 manat, 1 rus rublu 0,0288 manat, 1 gürcü larisi isə 0,7062 manatdır.

74 -dən səhifə 136

Oxşar məqalələr