“Əziz baba, səni çox sevirəm” - Leyla Əliyevadan təbrik

e9a330dc b452 4a37 a10e 1fbf19a51d5f

Leyla Əliyeva babası Arif Paşayevin ad günü ilə bağlı paylaşım edib.

"İksmedia az" xəbər verir ki,,Leyla Əliyeva  babası ilə fotosunu paylaşıb.

“Əziz, Arif baba! Səni ad günün münasibətilə təbrik edirəm! Səni çox sevirəm”, deyə qeyd edib.

Bakıda “pub”da çəkdiyi əxlaqsız videoları paylaşdı - Həbs olundu

pubsgsgsgsgsg 

Bakıda ictimai yerdə əxlaqsız videolar çəkərək sosial şəbəkələrdə yayan şəxs məsuliyyətə cəlb edilib.

“İksmedia.az” əldə etdiyi məlumata görə, hadisə Nərimanov rayonu Fətəlixan Xoyski küçəsi 108 ünvanında yerləşən “pub”da baş verib.

Sosial şəbəkələrdə yayılmış əxlaqsız videolarla bağlı aparılan araşdırmalar zamanı görüntülərin Tərtər rayon Kəngərli kənd sakini 2001-ci il təvəllüdlü F.Hüseynli tərəfindən çəkilərək instaqram səhifələrinə yerləşdirilməsi məlum olub.

O, polis əməkdaşları tərəfindən saxlanılıb, bu zaman qanuni tələbə tabe olmayıb.

F.Hüseynlinin barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (Xırda xuliqanlıq - internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsinə əsasən protokol tərtib edilib.

O, törətdiyi əməli etiraf edərək peşman olduğunu deyib.

Nərimanov Rayon Məhkəməsinin 10 fevral tarixli qərarı ilə F.Hüseynli 1 ay müddətinə inzibati həbs edilib.

Qeyd edək ki, 510.2-ci maddə İnzibati Xətalar Məcəlləsinə bu ilin 26 yanvar tarixindən daxil edilib.

Ağdama bilet almaqla bu rayonlarda 7 gün qala bilərsiniz

“Azərbaycan Dəmir Yolları” QSC ilə Ağdama səfər bileti işğaldan azad olunmuş ərazilərə 7 günlük giriş icazəsini təmin edir.

“İksmedia" Qafqazinfo”-ya istinadla  xəbər verir ki, bununla bağlı ADY məlumat yayıb.

Bildirilib ki, bilet rəsmiləşdirilən zaman DİN-in elektron portalından sözügedən icazə avtomatik əldə edilir.

Belə ki, Ağdamdan Şuşa, Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və digər azad olunmuş ərazilərə keçmək artıq daha rahatdır.

Sərnişinlər səfər günündən bir həftə sonra, yəni növbəti şənbə günü Ağdamdan Bakıya qatarla rahat qayıda bilər.

Biletləri ADY-nin rəsmi saytından, “ADY Mobile” tətbiqindən və ya dəmiryol kassalarından əldə etmək olar.

 

“İdrak” liseyinin binasının sahibi Ruslan Eyyubov imiş

Bu gün şagirdin müəlliminigüllələdiyi “İdrak” liseyinin binası həbsdə olan tanınmış iş adamına məxsusdur.

“İksmedia"  Baku.ws-ə istinadən xəbər verir ki, liseyin yerləşdiyi binanın sahibi iki ay əvvəl həbs edilən iş adamıRuslan Eyyubovdur.

Xatırladaq ki, R.Eyyubov ötən ilin sonunda 5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılaraq həbs olunub. O, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin bir neçə gün əvvəl vəzifəsindən azad edilən rəisi general-mayor Həsən Eyyubovun qardaşıdır. Eyyubov həm də kimya sənayesi biznesi ilə məşğuldur, bu sahədə tanınan “NB Qrup” şirkətinin rəhbəridir.

Qeyd edək ki, müəlliminə odlu silahla xəsarət yetirən 10-cu sinif şagirdi saxlanılıb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

İcra başçısının köməkçisi işdən çıxarıldı - Sərxoş halda...

Yanvarın 30-u gecə saatlarında Qazax şəhəri Bakı küçəsində “Kia Sorento” markalı avtomobilin yol kənarındakı hasara çırpılaraq aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İksümedia” Unikal-a istinadən xəbər verir ki, avtomobildə sürücü ilə yanaşı sərnişin qismində Qazax Rayon İcra Hakimiyyəti başçısının köməkçisi vəzifəsində çalışan, sərxoş vəziyyətdə olan Axundov Süleyman Asif oğlu da olub.

Həmin gün sosial şəbəkələrdə sözügedən avtoqəzanı əks etdirən videogörüntülər yayılıb. Araşdırmalar zamanı müəyyən edilib ki, S. Axundov baş vermiş hadisəni gizlədərək qəza barədə Rayon İcra Hakimiyyətinə hər hansı məlumat verməyib.

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən etik davranış qaydalarını kobud şəkildə pozduğu üçün S. Axundov dövlət qulluğunda çalışmağa layiq olmadığını və səhvə yol verdiyini etiraf edib. Onun öz ərizəsi əsasında 30 yanvar 2026-cı il tarixində tutduğu vəzifədən azad olunması barədə qərar qəbul edilib.

4 -dən səhifə 29

Oxşar məqalələr