Əmanətlərin Sığortalanması Fondu müflis ola bilər
"2016-cı ildə problemli kreditlərin həcmi azı iki dəfə artacaq”. Bunu Modern.az saytına maliyyə sahəsi üzrə ekspert, IJS Hüquq Firmasinin direktoru, vəkil Əkrəm Həsənov bildirib.
Ekspert deyib ki, bu hələ optimist proqnozdur: "Xüsusilə dollar kreditləri üzrə vəziyyət kritik həddə çatacaq. Eyni zamanda manat kreditləri üzrə də artım kəskin olacaq. Çünki, hər bir halda qiymətlərin, işsizliyin artması, əhalinin gəlirlərinin azalması istənilən valyutada olan kreditlərin ödənilməsini ağırlaşdırıb.
Dollar kreditlərinin ödənilməsi isə əksər hallarda, ümumiyyətlə mümkünsüz olub. Əgər fevral devalvasiyasından sonra problemli kreditler əsasən əhalinin borcları üzrə artdısa, bu dəfə biznes kreditleri üstünlük təşkil edəcək. Çünki, bir çox sahibkarlar və şirkətlər müflis olacaq. Bu səbəbdən onlar kreditlərini də ödəməyəcək”.