AXTAR

İtaliya mətbuatında Azərbaycan diplomatından ermənipərəst məqalələrə tutarlı cavab

opinio

 

İtaliyanın “Opinio Juris” və “Paese News” kimi online mətbuat orqanlarında keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və bölgədəki hazırkı vəziyyət ilə bağlı erməni tərəfinin yalan iddialarına və saxta məlumatlarına əsaslanan məqalələr dərc olunub. Bu məqalələrə cavab olaraq Azərbaycanın İtaliyadakı Səfirliyinin birinci katibi Elvin Əşrəfzadə tərəfindən hər iki mətbuat orqanının redaksiyalarına cavab məktubları göndərilib və məktublar həmin mətbuat orqanlarının internet səhifələrində işıq üzü görüb.

Azərbaycan diplomatının dərc olunmuş məktublarında keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin kökləri, bu münaqişənin dini xarakter daşımadığı, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına əsaslandığı, Ermənistan tərəfindən Azərbaycana qarşı hərbi təcavüzün həyata keçirildiyi, 30 il müddətində Azərbaycan ərazilərinin hərbi işğal altında saxlanıldığı, 1 milyondan çox azərbaycanlıya qarşı etnik təmizləmə, çoxsaylı müharibə cinayətləri, Xocalı soyqırımının həyata keçirildiyi, çoxsaylı beynəlxalq təşkilatlar, o cümlədən BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş sənədlərə Ermənistanın məhəl qoymadığı qeyd edilib.
Məktublarda Vətən müharibəsinin nəticəsində Azərbaycanın öz torpaqlarını işğaldan azad edərək BMT TŞ-nin qətnamələrini təkbaşına yerinə yetirdiyi, işğal vaxtı Ermənistan tərəfindən həmin ərazilərin darmadağın edildiyi, yaşayış məntəqələrinin, infrastrukturun, maddi-mədəni irsin məhv edildiyi və ərazilərdə çoxsaylı minaların yerləşdirildiyi və münaqişənin bitməsinə baxmayaraq, çoxsaylı günahsız insanların mina partlamasının qurbanı olduğu bildirilib.
Məktublarında E.Əşrəfzadə azad olunmuş ərazilərdə Azərbaycan tərəfindən həyata keçirilən böyük bərpa və yenidənqurma işləri, eyni zamanda bölgədə davamlı sülhün bərqərar olması istiqamətində Azərbaycanın mövqeyi və fəaliyyəti, eyni zamanda Ermənistanda revanşist qüvvələrin sülhə qarşı təxribatları barədə də məlumat verib.
Azərbaycan diplomatının aidiyyəti mətbuat orqanlarında dərc olunmuş məktubları ilə aşağıdakı keçidlərlə tanış olmaq mümkündür: https://www.opiniojuris.it/riceviamo-e-pubblichiamo-la-replica-di-elvin-ashrafzade-primo-segretario-dellambasciata-della-repubblica-dellazerbaigian/
https://www.paesenews.it/?p=227708

Oxşar məqalələr