AXTAR

Zərifdən ABŞ-ı alt-üst edəcək sual: İran xalqını düşünürsə...

cavad zerif

 

ABŞ İran xalqını düşünürsə, o zaman tətbiq etdiyi sanksiyaların niyə ilk mərhələsi mülki aviasiyanı əhatə edir?

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.

“Düzdür, həssas dönəm yaşayırıq. ABŞ-ın zorakılığı və iqtisadi təzyiqləri bir sıra problemlərə səbəb ola bilər, ancaq əslində, bu ölkə özü dünyadan təcrid edilib. Bu gün hamı İranın yalnızlığından yox, Trampın təcrid edilməsindən danışır.

İran heç vaxt müzakirə masasını tərk etməyib. Sadəcə olaraq, Trampın müzakirələrdə ciddi olduğuna heç kim inanmır. Hazırda dünyada ABŞ, İsrail və Səudiyyə Ərəbistanı şiddət, zorakılıq və etibarsızlığın simvoluna çevriliblər. İranın yox edilməsi istəyi boş xəyaldan başqa bir şey deyil”, - o bildirib.

Oxşar məqalələr