ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi gömrük tariflərinə etiraz edən kanadalı istehlakçılar cavab tədbirləri görüb.
Axar.az xəbər verir ki, istehlakçılar marketlərdə ABŞ məhsullarına qarşı boykota başlayıb.
İstehlakçılar öncədən hazırladıqları plakatları mübadilə maşınlarına taxaraq boykota dəstək verirlər.
Kanadalılar hesab edir ki, ən yaxın ticarət tərəfdaşının belə bir addım atması gözlənilməz olub. Bəziləri ABŞ mallarından, bəziləri isə bu ölkəyə səfər etməkdən imtinaya başlayıb.