AXTAR

ABŞ-ın Moskvadakı səfirliyində 10 il Rusiya casusu işləyib

abş səfiri rusiyada

 

ABŞ kəşfiyyatı 10 ildən artıq müddətdə ölkənin Moskvadakı səfriliyində çalışan rusiyalı qadının böyük ehtimalla casus olduğunu müəyyənləşdirib.
“The Guardian”ın kəşfiyyat xidmətlərindəki mənbəyə istinadla yaydığı məlumata görə, qadın ABŞ məxfi xidməti tərəfindən işə qəbul edilib və fəaliyyəti dövründə bu təşkilatın elektron poçtuna çıxışı olub. Eyni zamanda o, ABŞ prezidenti Donald Tramp və vitse-prezident Mayk Pensin qrafikləri də daxil olmaqla məxfi məlumatlar əldə etmək imkanına malik olub.
Rusiyalı qadının FTX əməkdaşları ilə görüşmə ehtimallarının yüksək olduğu qeyd edilir. Ondan 2016-cı ildə şübhələnsələr də, yalnız 2017-ci ilin yayında işdən azad ediblər.
Nəşrə məlumat ötürən mənbə bilidirb ki, casusun vurduğu ziyanı yalnız dəqiq araşdırma müəyyənləşdirə bilər.

Oxşar məqalələr