AXTAR

Koreyada yarım milyon insan mitinq keçirib

koreya mitinq

 

 

 

Cənubi Koreyada yüz minlərlə insan etiraz aksiyası keçirir. “Reuters”in məlumatına görə, ölkənin baş prokurorunun dövlət başçısı barədə etdiyi çıxışdan sonra təxminən yarım milyon insan küçələrə çıxıb. Onlar prezident Park Quenin istefa verməsini tələb edirlər.
Bildirilir ki, baş prokuror prezidentin yaxın dostunu dövlət işlərinə qarışmağa imkan verməkdə ittiham edib. O, bəyan edib ki, ölkə rəhbərliyində qanunsuz işlərlə məşğul olan qruplaşma var.
Ölkə başçısı məlum qalmaqaldan sonra iki dəfə dövlət televiziyası vasitəsi ilə xalqdan üzr istəyib.

Oxşar məqalələr