AXTAR

Günün-günorta çağı 5 milyon avro oğurlanıb

paris A1 autoroute

Harada? Harada olacaq, Parisdə. Noyabrın 21-də Qatardan Fransaya gəzməyə gələn iki turist qadın Bentley avtomobilində Parisətrafı seyrə çıxıblar. Avtomobili şəxsi sürücü idarə edib. Paris ətrafında A1 dərəcəli avtoyolda başqa bir maşında iki kişi onları güc tətbiq edərək saxlayıb və maşına yaxınlaşan kimi sürücüyə qaz püskürdüb zərərsizləşdiriblər. Aradan çıxmamışdan əvvəl onlar avtomobildə tapdıqları hər nə varsa-bəzək-düzək, pal-paltar, çemodanlar, hər nə varsa çırpışdırıblar. Hüquq-mühafizə orqanlarının məlumatına görə, oğurluq qənimətin ən azı 5 milyon avro qiyməti var. Polis həmin iki kişini axtarır.

Oxşar məqalələr