Türkiyədə kürdyönümlü Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Figen Yüksəkdağ millət vəkili statusundan məhrum edilib.
Virtualaz.org bildirir ki, bu barədə Türkiyənin NTV kanalı məlumat yayıb.
Məlumatda deyilir ki, kürdlərin təmsilçisi olan partiya həmsədrinin millət vəkili statusunun ləğv olunması ilə bağlı Türkiyə Böyük Millət Məclisinin qərarı məhkəmə tərəfindən təsdiqlənib və Figen Yüksəkdağ mandatdan rəsmən məhrum edilib.
Qeyd edək ki, F.Yüksəkdağ PKK terror təşkilatının təbliği ittihamı ilə keçən ilin noyabrında həbs edilib.