AXTAR

Rusiyanın müdafiə nazirindən "rəngli inqilablar" xəbərdarlığı

shoyqu

 

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu "rəngli inqilablar"ın coğrafiyasının genişlənməsi ehtimalının yüksək olduğunu deyib.
"Report" xəbər verir ki, nazir bu barədə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda keçirilən II Ümumrusiya Gənclər Forumunun açılışında bildirib.
Onun sözlərinə görə, "rəngli inqilablar" siyasi məsələlərin səmərəli həlli üçün geosiyasi alət kimi istifadə olunan bədxah vasitədir.
"Rəngli inqilablar" dalğası dünya siyasətində, dünyada və regionlarda qüvvələr nisbətində ciddi dəyişikliklərə səbəb oldu. Keçmiş Yuqoslaviya, Gürcüstan, İraq, Liviya, Ukrayna, Suriya - bu, "rəngli inqilablar" ssenarisinin tətbiq olunduğu dövlətlərin natamam siyahısıdır", - S.Şoyqu vurğulayıb.

Oxşar məqalələr