Rusiya Azərbaycan və Ermənistan liderlərinin görüşünü məmnuniyyətlə qarşıladı.
Bunu İrəvanda jurnalistlərə Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib.
Karasin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında növbəti görüşün keçirilməsi ehtimalından da danışıb:
“Yaxın gələcəkdə Azərbaycan və Ermənistan rəhbərləri yenidən görüşə bilərlər. Hazırda ATƏT-in Minsk qrupu bunun üzərində işləyir. Real nəticələrin əldə edilməsi üçün yeni görüşlərin təşkili ön plandadır”.
Diplomat qeyd edib ki, həmsədrlər münaqişə tərəflərinin narazılığına səbəb olan həll variantlarının danışıqlar prosesindən çıxarılmasına çalışırlar: “Hər kəsin sürətli olmasını istəyirik”.