AXTAR

Paşinyanın “va bank” gedişi və şübhəli “mübarizə”

ermenistan

 

Ermənistanda parlament seçkilərinin mahiyyəti yazdakı inqilabdan fərqlənmir

Ermənistanın baş naziri Nikol Paşinyan növbədənkənar parlament seçkilərini 9 dekabr tarixinə təyin edib. Bu barədə “Jamanak” qəzeti Paşinyana yaxın mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Paşinyan seçkilərin keçirilməsi üçün bütün lazımi prosedurlarla bağlı parlamentdə digər fraksiyalarla razılığa gəlib. “Əvvəlcə baş nazir istefa verəcək. Reqlamentə görə, baş nazirin istefasından 30 gün, parlamentin buraxılmasından 45 gün sonra yeni seçkilər keçiriləcək. Orta hesabla bu prosedur 2 ay çəkir. Bu o deməkdir ki, Paşinyan bu həftə istefa verəcək”. Артыг Пашинйан бу айын 16-да истефа веряъяйини ачыглайыб. İndi bütün partiyalar, o cümlədən Respublrka Partiyası bildirir ki, baş nazir vəzifəsinə namizəd irəli sürməyəcəklər. Amma gözləmək olarmı ki, bu partiya və digər siyasi qüvvələr dekabrda Paşinyana sürpriz edib öz namizədlərini irəli sürsünlər?
İlin əvvəlində Ermənistanda baş verən inqilabı təhlil edərkən yazmışdıq ki, nədənsə hadisələr sürətlə və itkisiz baş verib. Qəribədir ki, Nikol Paşinyan və dəstəsi gözlənilmədən ortaya çıxdı və çox asanlıqla siyasi mövqeləri bir-bir üstələyib önə çıxdı və qalib gəldi. İndiyə qədər də cinayətkar və korrupsiyaçı hakimiyyətin küçə mitinqçilərinin qabağından tez və dabanbasma qaçmaları müəmma olaraq qalır. Lakin sonradan Kremlin təsiri ilə mitinqçilərin yıxdığı “Qarabağ klanı”nın səsi çıxmağa başladı. Belə görünürdü ki, köhnələr qəsdən geri çəkiliblər ki, sonradan güclü zərbə vura bilmək üçün toparlansınlar. Onların əllərindəki silah güclü idi: parlamentdə say çoxluğu. Axı, Ermənistan artıq parlament respublikasıdır. Deputatların səs çoxluğu ilə qəbul edəcəkləri hər bər qərar prezident və baş nazir üçün qanundur. Paşinyanın da ən çox ehtiyat etdiyi bu idi.
Bəs, indi nə baş verir? İnqilab necə baş vermişdisə, parıamentin Paşinyan hökumətinə qarşı çıxması eyni ssenari üzrə gedir. Küçə mitinqçiləri cıqqırlarını çıxardan kimi deputatlar pərən-pərən düşür və geri çəkilərək meydanı Paşinyana təslim edirlər. Sanki hər şey əvvəlcədən planlaşdırılıb. Məcburi olaraq belə bir fikir meydana çıxır ki, hər şey Rusiyaya qarşı işlənmiş layihə çərçivəsində baş verir. Sarkisyan güruhunun Kremlin arzusuna əks olaraq NATO təlimlərinə qatılması vaxtından bu layihə işə düşüb və Paşinyanın hakimiyyətə gəlməsi koçaryanların, sarkisyanların iştirakı ilə baş verir. Belə ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün yeni hakimiyyət mqrupunun qarşısında heç bir maniə qalmayıb. Danışıqlara əsaslanaraq, baş nazir Paşinyan oktyabrın 16-da vəzifəsindən istefa verəcəyini açıqlayıb. Reqlamentə görə isə dekabrın 9-10-da seçkilər baş tutacaq.
Belə vəziyyətdə Ermənistanda proseslər necə olacaq? Hadisələrin gedişatının iki - Qərb və Kreml variantlarının olması güman edilir. Qərb variantı hazırda olduğu kimi “ütülü” proses vəd edir. Danışıldığı şəkildə baş nazirin istefasından sonra normal seçkilər keçirilir və yeni seçilmiş deputatlar və yaxud ondan daha əvvəl, baş nazirin istefasından sonra, yeni seçkilərdən əvvəl baş nazir postuna yeni, yəni başqa namizəd irəli sürülmür. Kreml variantında isə, baş nazirin istefasından 1-1,5 ay keçmiş ölkədə fövqəladə hadisə baş verir və fövqəladə rejim tətbiq edilir. Bu zaman ya baş nazir vəzifəsinə seçkilərin labüdlüyü məsələsi ortaya çıxır və köhnə tərkibdə parlament yeni hökumət başçısını seçir. Təbii ki, Respublika Partiyası öz namizədini irəli sürür və qalib gəlir. Yeni seçkilər isə təxirə salınır, çünki onsuz da reqlamentə görə seçkilərin vaxtına hələ çox var. İkinci variant da ola bilər ki, müvəqqəti olaraq parlament bütün səlahiyyətləri prezidentə verir və yeni seçkilərdə yenə Respublikaçılar partiyası qalib gəlir. Hər iki variantı birləşdirən yeganə amil, ümumiyyətlə, variantların heç birində “Qarabağ klanı”na yer verilməməsidir.
Beləliklə, Ermənistandakı ictimai-siyasi vəziyyət hələlik qeyri-müəyyən olaraq qalır. Bu hal azı 3 ay davam edəcək.
N.NOVRUZ

Oxşar məqalələr