Ötən illərin siyasi qüvvələri hazırkı baş nazirin nazı ilə oynamaq fikrində deyillər
Oktyabrın 2-də baş verən hadisələr göstərib ki, Ermənistanda yenidən çevriliş baş verə bilər. Ancaq bu dəfə rolların dəyişilməsi ehtimalı var. Yəni, Kюçяryan və Sarkisyan güruhu hakimiyyəti silah yolu ilə öz əllərinə qaytara bilərlər. Parlamentin reqlamentə dəyişiklik etməsindən sonra Paşinyanın başı dərdə düşüb. Onun hakimiyəti siyasi burulğan içərisində ləngər vurur. Artıq ölkənin siyasi qüvvələri arasında bu inqilabçının tərəfdarları da qalmayıb. Sarukyan kimi mafioz və pullu qüvvə ilə yanaşı, qatı millətçi daşnaklar da onunla birgə addımlamaqda иmtina ediblər. Bu partiyaların nümayəndələri də əməkdaşlıq nümunəsi kimi təyin edildikləri vəzifələrdən qovulublar. Paşinyan bir növ bütün siyasi qüvvələrə müharibə elan edib.
Xarici ölkələrin səfirləri də baş verən proseslərdən nigarançılıqlarını bildiriblər. Bu yaxınlarda İrəvanda Frankofonların toplantısı keçirilməlidir. Bəzi ölkələrin nümayəndə heyətləri bu tədbirdə iştirak etmək üçün Ermənistana gələcəklər. Lakin baş verə biləcək çevrilişlərdən ehtiyatlanan səfirlər öz ölkələrinin vətəndaşlarının təhlükəsizliyi naminə ehtiyatlı tərpənmək istəyirlər. Çünki, münasibətlər elə bir dərəcədə kəskinləşib ki, arada qan tökülməsi istisna edilmir.
Paşinyan mütləq təcili olaraq növbədənkənar parlament seçkiləri keçirməlidir. Həm də bir şərtlə ki, tərəfdarları parlamenti ələ ala bilsinlər. Əks halda o, “siyasi ölü”ə çevriləcək. Köhnələr isə seçkilərin gələn ilin mayından tez keçirilməsini istəmirlər. Çünki, o vaxta qədər xalqın Paşinyanın arxasından çəkiləcəyinə böyük ümidlər bəsləyirlər. İndilikdə isə inqilabçıların işləri o qədər də rəvan getmir. Ölkədə iqtisadi vəziyyət düzəlmir və inqilabçının vədləri havadan asılı qalıb. Bu minvalla vaxt köhnələrin lehinə işləyir və onların xəyallarında “bəlkə də qayıtdı” arzusu gündən-günə güclənir.
Oktyabrın 4-də Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sədri David Ananyan bildirib ki, seçkilər ləngidikcə iqtisadi vəziyyət daha da ağırlaşacaq. Biznes, xüsusilə də xarici kapital siyasi stabilliyi tərcih edir. Əks halda vəsaitlərin itirilməsi riski böyük olduğundan investorlar qeyri-stabil ölkələrdən uzaq dururlar. Bu ərəfədə Paşinyanın naşı baş müşaviri Arsen Qasparyan “qaş düzəltmək istədiyi yerdə vurub gözü də töküb”. Baş müşavirə “investorlar növbədənkənar seçkiləri gözləyirlər” sualına o, “investisiya heç nəyi gözləmir” cavabını verib. Əslində o, guya investorların artıq Ermənistanda olmaları barədə danışmaq istəyirmiş, amma xamlıqda tərsinə məna verən cümlə işlədib. Buna görə də “Jоxоvurd” qəzeti inqilabçılara məsləhər verib ki, “Paşinyanın kadrlarına danışmazdan əvvəl fikirləşmək pis olmazdı”. Amma söz artıq deyilib və vəziyyətə də mənfi təsirini göstərib. Həm də belə faktlar əks cəbhənin əlində gülüş faktoruna çevrilir.
Nikol Paşinyanın vəziyyətin gərginləşməsində günahkar saydığı qüvvələrin cinayətkar Kюçяryan və Sarkisyanın tərəfdarları ilə əlbir olmaqda günahlandırması “yanan ocağa yağ tökülməsi” effekti yaradıb. Dərhal “Çiçəklənən Ermənistan” partiyasının lideri, milyarder Qaqik Sarukyan “Ketron” televiziyasının “Urvaqis” proqramında çıxış edərək bildirib ki, o, parlamentin deputatları ilə söhbət edib və köhnələrlə heç kimin əlaqədə olmadığını bildirib. Bu fakt onu göstərir ki, ən kiçik məsələdə belə tərəflər bir-birini cavabsız qoymur və baş verən proseslərdən qalib çıxmaq uğrunda qəti qərar veriblər. Bu da ölkədə baş alıb gedən xaosu gücləndirir.
Sarukyan partiyasının mövcud vəziyyətdə fəaliyyətinə görə bir sıra niyyətlərinin olması barədə də danışıb. Amma kartları açmayıb. Görünür, tərəflərin mübarizə üsulları artır və güclənir ki, bu da ölkənin düşdüyü xaosu getdikcə dərinləşdirir.
N.NOVRUZ