AXTAR

Həbsxanalar ölkəsi

ermeni qazamati

 

“Sosna srer” nə üçün siyasi dustaq hesab edilmir?

Avropa Şurasının İşgəncənin və qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Komitəsi Ermənistana dördüncü dəfə səfər edib, həbsxanaları gəzib və nəticələrə dair hesabat yazıb.Nümayəndə heyəti ilk dəfə 4 cəzaçəkmə müəssisəsində olub, bəzi monitorinqlər keçirib. Komitənin hesabat məruzəsində qeyd olunur ki, dövlət həbsxanalarında normadan çox məhbus saxlanılır. Bununla əlaqədar, Komitə bu problemlə mübarizə aparmaq üçün qanunverici və təşkilatı tədbirlər həyata keçirməklə bağlı müxtəlif tövsiyələr verib. Bu istiqamətdə Ermənistan hökumətindən neqativ halların qarşısını almaq üçün tədbirlər görülməsi tələb olunur. Məruzədə vurğulanır ki, korrupsiya, rüşvət Ermənistanın penitensiar sistemində başlıca problem olaraq qalmaqdadır. Müstəqil erməni mənbələri də vaxtaşırı həbsxanalarda normadan çox məhbusun saxlanıldığını bildirir.
Ermənistanda hər yüz min nəfərə 131 dustaq düşür. Həbsxanalarda saxlanma şəraitinə görə bu ölkədə vəziyyət ürəkaçan deyil:100 dustaq yerinə 90 dustaq saxlanılır. Qeyd edək ki, Azərbaycanda bu 68, Gürcüstanda isə 47-dir.
AŞ ekspertlərinin apardığı hesablamalara görə, Azərbaycanda 1 dustağın saxlanmasına gündəlik 8,79 avro, Ermənistanda 6,81 avro xərclənir. Bundan başqa dustaqlar marasında ölüm halları da yüksək səviyyədədir: hər 10 min dustaq hesabı ilə 75,2 nəfər. Azərbaycanda bu rəqəm 10 min dustağa 29 nəfərdir.
Avropa Şurasının müvafiq komitəsinin hesabatından və digər faktları əks etdirən rəqəmlərdən görünür ki, Ermənistan həbsxanalar ölkəsidir. Hətta əhalinin gün-güzəranının yaxşılaşdırılması ilə məşğul olmaq əvəzinə ölkə rəhbərliyi həbsxanaların doldurulması ilə məşğul olmağı üstün tutur. Bu nədən irəli gəlir?
Bu il yayın əvvəlində Ermənistanda baş vermiş hadisələri xatırlasaq bir çox məsələlərə aydınlıq gələr. Əvvələn, ölkənin bütün iqtisadi göstəricilərinə görə vəziyyət son dərəcə gərgindir. Xalq bir tikə çörəyin davasını edir. İkincisi, Ermənistan prezidentinin siyasi komandasının avanturist addımları aprel ayında Azərbaycan Ordusunun erməni əsgərlərinə “qulaqburma” verməsi ilə nəticələnib və bu ölkədə vəziyyəti qarışdırıb. “Sosna srer” adlı ekstremist təşkilat hakimiyyətə qarşı siyasi tələblərlə çıxış edib. Lakin çıxış amansızcasınz yatırılıb və iştirakçıların bir qismi qazamata salınıb, digər qismi isə aradan çıxmağa macal tapıb.
Paralel surətdə əhalinin də hakimiyyətə qarşı çıxışlarının sayı və kəsəri artıb. Küçə nümayişlərini həzm ed bilməyən hakimiyyət mənsubları dinc nümayişçiləri həbsxanaya atmaqdan çəkinməyiblər. Buna görə də həbsxanalar dolub və hökumət buna əncam çəkmək fikrində və iqtidarında deyil. Çünki, siyasi tələblərlə çıxış edənlərin cəmiyyətdə sərbəst buraxılmalarının yeni, daha güclü çıxışlara rəvac verəcəyindən qorxurlar.
Bu cür faktların kifayət qədər olmasına baxmayaraq, Qərbin hüquq-müdafiə təşkilatları nədənsə susurlar. Ayrı vaxt onlar böhtan, şər atmaq və digər neqativ hallara görə məhkəmədə cavab verənləri siyasi dustaq qismində görməyi özlərinə şərəf bilirlər. Ermənistana gələndə isə “naməlum” səbəbdən səslərini çıxarmırlar. Görünür ki, bu təşkilatlar qərb dövlətlərinin şərq siyasətinin tərkibində yer alırlar və bu səbəbdən yalnız onlara göstərilən istiqamətdə ittihamlar səsləndirməyə məcburdular. Məcbur ya könüllü, fərq etmir, qərəz qərəzliyində qalır. Bununla da Avropa Ermənistanı özünün “favorit” siyahısına salmış olur və özü də istəmədən ölkədəki ağır vəziyyətin davam etməsini mənən stimullaşdırmış olur.
IKSmedia.az

Oxşar məqalələr