AXTAR

Nazir azərbaycanlılara olan borca görə Ukraynaya qaçdı

ukr nazir

 

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) "Donetsk Xalq Respublikası"nın (DXR) "sabiq mədəniyyət naziri" Yuri Lekstutesin Kiyevin nəzarətində olan əraziyə keçməsini təmin edib.

UTX mətbuat mərkəzinin yaydığı məlumatda belə deyilir.

Xəbərdə bildirilir ki, Lekstutes 2014-cü ilin mayında qanunsuz silahlı birləşmələrə qoşulub.

"O, "DXR" Xalq Şurasının tərkibində olarkən Rusiya Federasiyası xüsusi xidmət orqanlarının kurasiyası altında Donetskin müvəqqəti işğal edilmiş ərazisində yalançı referendumun təşkilində iştirak edirdi. Həmçinin qondarma "hakimiyyət orqanlarının və idarələrinin" formalaşdırılması ilə məşğul olurdu. "Referendum"dan sonra terrorçuların şəriki "DXR"in “mədəniyyət və turizm naziri” vəzifəsini tutdu. Həmin dövrdə o, telekanallarda təbliğati çıxışlar etmək və kuratorlarla görüşmək üçün dəfələrlə Rusiya ərazisinə gedib. Sonradan "nazir" "siyasi" fəaliyyətinə son verib və müvəqqəti işğal edilmiş Donetskdə sahibkarlıqla məşğul olub", - deyə 24tv.ua saytı yazır.

UTX əməkdaşlarının sözlərinə görə, Lekstutes tutulandan sonra bildirib ki, "DXR"in fəaliyyətində iştirak edib.

"DXR"dən isə UTX-nın sorğusuna cavab olaraq bildiriblər ki, Lekstutes "mədəniyyət naziri" vəzifəsini 2014-cü ildə cəmi bir neçə ay tutub, sonra vəzifə səlahiyyətlərini aşmaqda şübhəli bilinərək həbs edilib. Ondan sonra bu şəxs Donetskin siyasi səhnəsində bir daha görünməyib.

Inside Donetsk Telegram-kanalının müəllifi, jurnalist Sergey Makarenkonun məlumatına görə, Yuri Lekstutes Donetskdəki Azərbaycan diasporunun nümayəndələri ilə əlaqələrə malik olub.

"Biz tanışlar vasitəsilə öyrənməyə qərar verdik ki, görək bu nə "meyvə"dir. Mənim informasiyama görə, o nəinki Rusiyanın, heç bizim, hətta Ukraynanın xüsusi xidmət orqanları üçün hansısa maraq kəsb etmir. Bunu onun Ukraynaya düşənədək hərəkət trayektoriyası da təsdiqləyir. Yura əvvəlcə "Luqansk Xalq Respublikası”na, oradan da sərbəst və leqal şəkildə Rusiyaya keçib. Heç bir xüsusi əməliyyat olmayıb. Sonra da Rusiyadan “KPP” vasitəsilə Ukraynaya keçib.

Yura Donetskdə Azərbaycan diasporu ilə əlaqəyə girmişdi, hansısa biznes-lahiyənin reallaşdırılması üçün onlardan 15 min dollar borc almışdı. Bir sözə, Yura borclu qalmışdı. Luqanskda da azərbaycanlılar var və onlar bizim Donetskdəkilərlə dostluq edirlər, buna görə də Yura orada çox qalmağa risk eləmədi, çünki orada özünü təhlükəsizlikdə hiss eləmirdi. Rusiyada da onun kimi. Deməli, bircə çıxış yolu qalırdı – Ukrayna. Amma burada da iki variant vardı: ya yerli KİV-ə agentura, xüsusi əməliyyat və “çıxarılma” haqqında yalanlar uydurub UTX-nın "qoruyucu" qanadı altında olmaq, ya da öz halal pullarını qaytarmaq istəyən azərbaycanlılarla yenidən görüşmək. Ona görə də tavadakı balıq kimi ora-bura atılır”, - deyə Makarenko yazıb.

/Virtualaz.org/

Oxşar məqalələr