Kürdlər Suriyanın gələcəyi ilə bağlı ortaq fikirə sahib deyillər.
Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın Kürd xalqı ilə Həmrəylik və Əməkdaşlıq Təşkilatının rəhbəri Yuri Nəbiyev deyib.
O bildirib ki, kürdlər 2 təklif üzərində fikir ayrılığı yaşayır:
“Bunlardan biri demokratik idarəçilik, demokratik konfederasiya, digəri isə muxtariyyət statusunun alınmasıdır. Təəssüf ki, bu ideyalar fərqli siyasi qruplar tərəfindən ortaya atılıb və onlar da birgə hərəkət etmək iqtidarında deyillər”.
Nəbiyev onu da əlavə edib ki, ABŞ-ın Suriyada kürdlərdən başqa güvənəcəyi toplum qalmayıb.