Aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı işə başlayıb.Xatırladaq ki, Dünya Azərbaycanlılarının I Qurultayı ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə, II qurultay Prezident İlham Əliyevin Sərəncamına əsasən 2006-cı ildə, III qurultay 2011-ci ildə, IV qurultay isə 2016-cı ildə keçirilib.Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi tarixi hadisədir. İki il əvvələ qədər biz bunu yalnız arzulaya və xəyal edə bilərdik. Bu gün isə bu, yuxu deyil, gerçəklikdir. Bu münasibətlə hər bir azərbaycanlını təbrik edirəm.
Xalqımızın otuz il ərzində etdiyi dualar, dövlətimizin yürütdüyü uğurlu siyasət Qarabağın, Şuşanın azad olunması ilə nəticələndi. Möhtərəm Prezidentimizin dediyi kimi, “Əziz Şuşa, sən azadsan!". Bizə bu sevinci yaşatdığı üçün Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan Ordusuna, şəhidlərimizə və qazilərimizə hər zaman minnətdar olacağıq.Bu gün Şuşa artıq Azərbaycanın mədəniyyət paytaxtı elan olunub, 2023-cü ildə Türk Dünyasının mədəniyyət paytaxtı olacaq. İnanıram ki, ötən əsrin əvvəllərində olduğu kimi, Şuşa bundan sonra da Azərbaycan mədəniyyətinin baş kəndi missiyasını üzərinə götürəcək və bu, dünya durduqca davam edəcək.
Fikrət Yaqubzadə
Masallı rayonu Babaküçə kəndi