AXTAR

Lukaşenko Azərbaycana səfərə gəlir

lukashenko

 

 

Belarus prezidentinin mətbuat xidmətinə istinadən İKSmedia.az xəbər verir ki, prezidenti Aleksandr Lukaşenko noyabrın 28-29-da Azərbaycana rəsmi səfər edəcək.
Səfər zamanı onun Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibli görüş keçirməsi gözlənilir. Tərəflər Belarus-Azərbaycan münasibətlərinin hazırkı durumu və inkişaf perspektivlərini, o cümlədən ticarət və iqtisadi əməkdaşlıq, korporasiya layihələri, investisiya, kənd təsərrüfatı və idman sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.
Danışıqların yekununda bir sıra sənədlərin imzalanması gözlənilir.
Aleksandr Lukaşenko baş nazir Artur Rasizadə ilə də görüşəcək.

Oxşar məqalələr