AXTAR

Ermənistanа daha bir diplomatik zərbə NATO PA-dan gəldi

nato PA

 

Düşmən növbəti dəfə məğlub duruma düşdü
Son vaxtlar erməni jurnalistlər və deputatlar beynəlxalq tədbirlərdə xeyli fəallıq göstərirlər. Görünür, bu, onların tarixin son 100 ilində türk dünyasına atdıqları şər-böhtanın artıq faş olması və işğal etdikləri Azərbaycan əraziləri üzrə informasiya müharibəsində məğlub duruma düşdükləri üçün baş verən məntiqi prosesdir. NATO Parlament Assambleyasının İstanbulda keçirilən 62-ci sessiyasında ermənilər yenə öz “mübarizliklərini” göstərməyə çalışıblar.
Sessiyada PA-nın Ermənistandan olan üzvü Mikayel Melkumyan türkiyəli nazir Faruk Özlüyə sual ünvanlayıb: “Soyqırım”ı qəbul etməyi düşünürsünüzmü? Azərbaycan aprelin əvvəlində əməliyyatlara başladı, bizim çox böyük itkilərimiz və zərərimiz var. Sizin iqtisadiyyatınız böhran vəziyyətində olduğu halda İŞİD-ə niyə dəstək verirsiniz?”
Faruk Özlü isə erməni millət vəkilinə belə cavab verib: “Biz burada elm, sənaye və texnologiya barədə danışırıq. Sizin sualınızın bu məsələlərlə heç bir əlaqəsi olmadığına görə, cavab verməyi rədd ediriəm. ”Soyqırım” böyük bir yalandır, bu məsələni burada qaldırmağınız qətiyyən yersizdir. Yazıqlar olsun”.
Nazir Özlüdən sonra söz alan AKP Rizə millət vəkili Osman Aşkın Bak isə erməni millət vəkilini tənqid edərək deyib :”Siz hər iclasda bu məsələlər barədə danışırsınız. Elə isə burada söhbət sənaye və texnologiyadan gedir. Suallarınız tamamilə yersiz olduğu kimi, bizi kiməsə dəstək verməkdə günahlandırmaqda da haqsızsınız. Biz indiyə qədər 3500 İŞİD üzvü öldürmüşük, bəs, terrora qarşı siz nə iş görmüşünüz?”. Qarşı tərəfin sualına erməni deputat verməyə cavab tapmayıb.
Amma bu sual-cavab hələ başlanğıc imiş. Çünki, bunun ardınca NATO PA-dan daha böyük zərbə gəlib. 62-ci sessiya çərçivəsində qurumun Müdafiə və təhlükəsizlik komitəsinin suveren ölkələrin ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı qətnaməsi müzakirəyə çıxarılıb. Sənəddə suveren ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşılmasının vacibliyi qeyd olunub. Erməni nümayəndə heyətinin etirazına etirazına baxmayaraq, sənəd səsə qoyulub və qəbul olunub. Məsələ burasındadır ki, daha əvvəl qətnamə ABŞ nümayəndə heyətinin təşəbbüsü ilə NATO PA-nın Müdafiə və təhlükəsizlik komitəsində qəbul olunub. Artıq həmin sənəd NATO PA-nın sənədi statusunu daşıyır.
Бу фонда Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesində Ermənistan üçün halqa get-gedə daralır. Düzdür, indiyə qədər keçirilmiş görüşlər, danışıqlar, vədlər və təkliflərin məzmunundan çıxış etsək bu, hələ ciddi nə isə demək deyil. Çünki, münaqişə beynəlxalq siyasətin predmeti kimi yalnız strateji gedişlər üçün səbəb rolunu oynayır. Beynəlxalq təşkilatlar bu gün dediyini sabah başqa bir qətnamə ilə heçə çıxara bilər. Minsk qrupu birbaşa münaqişənin həlli üçün məsuliyyəti öz üzərinə götürüb, amma 21 ildir ki, “nala-mıxa” döyməklə vəzifəsini bitmiş hesab edir. Hələ bir dünyanın ən güclü 3 subyektinin nümayəndələrindən ibarət qrup belə tərpənirsə, onda digər təşkilatlardan nə gözləmək olar?! Lakin hər bir halda beynəlxalq hüquq normalarını müdafiə edən hər bir sənəd bütün tarixləri və mahiyyətləri üzrə saxtakarlıqdan ibarət olan dünya erməni toplumuna güclü zərbədir. Düşünürük ki, NATO PA-nın sənədi düşmənimiz üçün bir nokautdur. Aydındır ki, havadarları ermənilərin əllərindən tutub qaldıracaq, yerdə uzanıb qalmasına imkan verməyəcəklər. Ancaq, bununla belə, sənəd Azərbaycan üçün güclü alibidir. Ona görə ki, elə bir şərait yarana bilər ki, Azərbaycan Minsk qrupunun yaxud digər beynəlxalq təşkilatın qərarına və münasibətinə ehtiyac duymadan ərazilərini düşmən tapdağından qurtara bilər. Onda belə sənədlər əsaslı arqument qismində işə yarayar.
Hələlik isə BMT-nin Dağlıq Qarabağ üzrə məşhur qətnamələri, Avropa Şurasının və NATO PA-nın müvafiq sənədləri informasiya müharibəsində hücumu gücləndirmək üçün başlıca stimullardandır. Qələbəyə qədər düşmənə zərbələr endirməyə davam etməliyik.
IKSmedia.az

Oxşar məqalələr