AXTAR

Türkiyənin Suriyada qurduğu ordu görüntüləndi

suriyada ordu2

 

Türkiyənin Suriyada qurduğu və dəstəklədiyi ordu ilə bağlı yeni görüntülər ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, “Röyter” agentliyi bu ordunun rəhbərləri ilə görüşə bilib.

Ordunun polkovniki Haitham Afisi bildirib ki, Türkiyə onları dəstəkləyir:

“Biz yolun başındayıq, amma bütün maneələrə sinə gərəcəyik”.

Qeyd edək ki, Türkiyənin dəstəklədiyi və əsasən suriyalı müxalifətçiləri bir araya gətirən i ordu Azez bölgəsində qərargahını “Röyter”-in əməkdaşına göstərib.

Polkovnik Afisi deyib ki, son 1 ildə çətinliklər yaşayıblar:

“Yeni qaydalarımız var. Hər kəs uniforma geymək məcburiyyətindədir. Boş-boşuna atəş açmaq qadağan edilib. Orduya bütün dəstək Türkiyədən gəlir. Başqa bir müttəfiqimiz yoxdur. Türkiyənin dəstəyi əsasən, hərbi avtomobillər, logistika və silahlardan ibarətdir. Düşmənlərimiz isə Bəşər Əsəd, PKK və İŞİD-dir”.

Polkovnik əlavə edib ki, lazım olduğu təqdirdə ordu Türkiyənin dəstək verdiyi müxalifət qüvvələrə yardıma, yəni İdlibə gedə bilər.

Oxşar məqalələr