“Armavir” cəzaçəkmə müəssisəsində həbsdə olan Moldova vətəndaşı həbsxana kamerasında intihar edib. Virtualaz.org xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
42 yaşlı moldovalı məhbusun özünü barmaqlıqdan asması barədə məlumat avqustun 11-də səhər saat 04:40-da daxil olub.
Hadisə yerinə operativ-istintaq qrupu gəlib. Məhkəmə-tibbi ekspertizası təyin olunub.
Məhbusun ölümü faktı üzrə “ölüm həddinə çatdırma” maddəsi üzrə cinayət işi başlanıb. Hadisənin təfərrüatları araşdırılır.